Nazirlər kabineti Notariat hərəkətlərinin aparılması haqqında qanunu dəyişir

21-07-2019, 09:01           
Nazirlər kabineti Notariat hərəkətlərinin aparılması haqqında qanunu dəyişir
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, dəyişiklik ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ilə əlaqədardır.

İndiyə qədər ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılıb.

Dəyişikliyə əsasən, bundan sonra ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildirişin surəti həm də “Daşınar əmlakın yüklülüyü haqqında” qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.