Kamal Abdullaya şok ittiham: “Media düşmənidir...”

1-08-2019, 12:58           
Kamal Abdullaya şok ittiham: “Media düşmənidir...”
Bugün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın iddiası əsasında “Xural.com” saytının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və universitetin keçmiş əməkdaşlarına qarşı məhkəmə prosesi başlayır.

“Yeni Sabah” xəbər verir ki, Əvəz Zeynallı bu barədə jurnalitlərə çağırış edib, onları məhkəməyə dəvət edib və rektorun ünvanına ağır ittihamlar səsləndirib. Onun sosial şəbəkədə yaydığı müraciəti təqdim edirik:

“Əziz dostlar, əziz media əhli! Kamal Abdullanın simasında yeni bir media düşməni meydana çıxıb. Öz əməkdaşlarını işsiz qoymaqla, onların haqqında ləyaqətsiz şayiələr yaymaqla, əməkdaşlarının maaşlarını verməməklə, yaxın adamlarının “ölü canlarını” işdə saxlayıb onlara havayıdan maaş verməklə yetinməyən bu adam indi də insanların hüquqlarını müdafiə edən “Xural”ı məhkəməyə verib.

Bu qoca akademik guya yazıçıdır, guya ziyalıdır, amma ziyası olan adam media ilə vuruşmağa cəsarət edərmi? Özünü ADU-nun padşahı hesab edən bu adam universitetin bank hesabını və facebook səhifəsini atasının malı bilir, müəllimələrin maaşlarını kəsərək universitetin büdcəsini doldurur.

Bu gün məhkəmədir. Duyarlı həmkarlarımızın hamısını bu məhkəməyə dəvət edirəm! Gəlin və görün ki, işçiləri onun haqqında nələr danışır və onu da görün ki, bu balaca despot “Xural”dan nə istəyir?!

Yer: Binəqədi rayon məhkəməsi

Tarix: 01 avqust 2019-cu il

Saat: 16.10 ”

Xatırladaq ki, Kamal Abdulla Əvəz Zeynallını ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurmaqda ittiham edərək məhkəməyə verib. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və “Xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.