Batin alimi Firuz Haşımovu yalançılıqda ittiham etdi

10-08-2019, 17:33           
Batin alimi Firuz Haşımovu yalançılıqda ittiham etdi
Jurnalist Firuz Haşımova

Qocaman jurnalist Firuz Haşımov, “Hürriyət” qəzetinin bu günkü sayında, “Zəmanənin şeyx Nəsrullahı – Və yaxud təyin olunmuş hərşeyşünas deputat Fazil Mustafa nə üçün Şah İsmayılın ruhunu incidir? (II hissə)” məqaləsində yazır ki, - "(Fazil Mustafa) Arxayındır, yaxşı bilir ki, üç-dörd arif, işin məğzinə varmış qələm sahibi sözü bir yerə qoyub onun dərsini verməyəcək". Bu jurnalistin deməyindən belə çıxır ki, ölkəmizdə "üç-dörd arif, işin məğzinə varmış qələm sahibi" var və onlar Fazil Mustafanı özləri tənqid etmirlər. Maraqlıdır, görəsən bizim tanımadığımız o üç-dörd nəfər arif kimdir ki, Şah İsmailin şərab içməsinə "elmi don geydirə biləcək"? Ümumiyyətlə, görəsən bu qocaman jurnalist "arif, işin məğzinə varmış" sözlərinin əsl mahiyyətini bilirmi? Məndə buna şübhə var və mən bu jurnalistdən xahiş edirəm, buyursun o "üç-dörd arif, işin məğzinə varmış qələm sahibi"nin adını desin və biz də bu qələm sahiblərindən, Fazilin və digər insanların, qədim dahilərimiz haqda dedikləri digər ifadələrə və ümumiyyətlə müasir sufilərin də bilmədiyi sirlərı izah istəyək.
Mənim bildiyimə görə isə, bu gün Azərbaycanda yox, heç dünyada, qədim sirlərin batini mənaların izah verən arif yoxdur. Olsaydı, dünyanın sirləri bu günə qədər gizli qalmazdı. Fazil Müstafa ilə mən tam müxtəlif qütblərin insanlarıyıq. Lakin bir həqiqət var ki, bu insan oxuduğunu, bildiyini deyir və ona cavab axtarır. Onun kobud səhvi – bilmədiyini, anlamadığını kobud və istehza şəklində bildirməsidir.
Hər birimiz bilirik ki, mənbələrdə və hətta Vikipediyada qızılbaşlar – adamyeyən kimi göstərilib. Təbii ki, bunun mənbəyi var ki, yazıblar. Bu gün biz, bunu deyəni tənqid etsək, çox böyük haqsız olarıq. Biz bu mənbəyə izah verməliyik ki, insanlar bu fikirin rəmzi olmasını bilsinlər. Düşünürəm ki, yazılmış sözü deyəni təhqir və ya elmi izahsız tənqid etmək olmaz. Əsl tənqid olunmalı - Firuz Haşımov kimi “ziyalıdır” ki, həqiqəti bilə-bilə yalan yazır. O və hamı əla bilir ki, bu gün Azərbaycanda, qədim yazıların elmi izahını verən arif – “işin məğzinə varmış qələm sahibi” yoxdur. Son yüzillikdə yazıların batini izahlarını yalnız mən vermişəm. Fazil Mustafanı da mən elmi tənqid etmişəm. Bu günə qədər heç kim, müqəddəslərimizi tənqid edənlərə elmi cavab verə bilməmişdir. Yazanlar yalnız şikayət və təhqir yazırlar. Firuz bəy yalan yazmaqla, mənim əməyimin sonradan kimlərinsə adına çıxılmağına şərait yaradır.
Quran yazır: “Haqqa nahaq don geydirməyin, Haqqı bilərəkdən gizlətməyin”. Əsl ziyalı, əsasən də junalist (özü də qocaman) belə şeylər yazmamalıdır.
Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.