Qəzaya düşən pilotumuzun nəşi tapıldı

20-08-2019, 12:39           
Qəzaya düşən pilotumuzun nəşi tapıldı
Təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bu barədə Axar.az-a Qabil Hüseynli məlumat verib.
“Pilotumuz Rəşad Atakişiyevin nəşi tapılıb. Bundan öncə bədəninin müəyyən hissələri tapılmışdı. Əvvəlki axtarışlarda ayaq hissələrindən qalıqlar tapılmışdı. Bu dəfə isə pilot oturacağı, bədənin digər hissələri də tapılıb. Tapılan bütün bədən hissələri analiz olunmaq üçün Patoloji və Anatomiya Birliyinə aparılacaq. Analizlərin uyğun gəlmə ehtimalı yüksəkdir. Çünki bədən hissələri ilə birgə tapılan pilot oturacağı onun olub”, - Hüseynli bildirib.

Q.Hüseynli bildirib ki, pilotumuzun meyiti Təzə Pir məscidində yuyulacaq və sabah səhər 9-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Vida mərasiminin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ("Salyanski" kazarma) binasında olacaq.

Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.