Azərbaycanın xarici dövlət borcu açıqlandı

23-08-2019, 15:30           
Azərbaycanın xarici dövlət borcu açıqlandı
İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

Maliyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.