10 MANATLIQ ŞİRKƏTLƏ 1.6 MİLYONLUQ MÜQAVİLƏ – Qanun pozuntusu

24-08-2019, 17:15           
10 MANATLIQ ŞİRKƏTLƏ 1.6 MİLYONLUQ MÜQAVİLƏ – Qanun pozuntusu
Dövlət şirkəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni “Gravity Ltd” özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir.
1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb.
Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu günyerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhalDövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır. “AzerGold” qanunvericiliyin tələblərinə zidd olaraq hətta alınan malların siyahısını təqdim etməyib.
BU ŞİRKƏT FEVRALDA YARADILIB
“Gravity Ltd” şirkəti mal və vəsaitlərin təchizatında böyük təcrübəyə malik deyil. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Gravity Ltd” 12.02.2019-cu il tarixində yaradılıb. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Mahir Müzəffərli Müzəffərli oğludur. /”Marja”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.