Arzuları reallaşdırmaq vaxtıdır - Düşmənin lağlağısına cavab vermək vaxtıdır

19-09-2019, 00:00           
Arzuları reallaşdırmaq vaxtıdır - Düşmənin lağlağısına cavab vermək vaxtıdır
Müdafiə naziri Zakir Həsənov bazar günü REAL TV-yə eksklüziv müsahibəsində Ermənistana bu şəkildə mesaj göndərmişdi: “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq”. Ermənistanın müdafiə naziri David Tonoyan bu gün parlamentdə brifinq zamanı Zakir Həsənovun müharibə arzusuna kinayəli şəkildə cavab verib: “Qoy arzulasınlar, arzulamaq yaxşıdır”. Ancaq görünür bu cavab erməni jurnalistləri qane etməyib ki, ona “Ermənistan bu çağırışa cavab verməyə hazırdırmı” sualını ünvanlandırıblar. Tonoya yenə lağlağı şəkildə cavab verməyə üstünlük verərək sualı elə jurnalistin özünə ünvanlayıb: “Siz buna şübhə edirsiniz”.

Keçmiş illərdə bizi Mingəçevir su elektrik stansiyasını vurmaqla hədələyirdilər, indi keçiblər lağlağı cavablara. Ancaq Tonoyanın “qoy arzu etsinlər” cavabı da bizə çağırışdır, arzuları reallaşdırmaq lazımdır...
Elxan Şahinoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.