Bankların var gücləriylə qarşı çıxdıqları qanun: - Boşa çıxan 3 cəhd

23-09-2019, 12:50           
Bankların var gücləriylə qarşı çıxdıqları qanun: - Boşa çıxan 3 cəhd


Bankların var gücləriylə qarşı çıxdıqları qanun: - Boşa çıxan 3 cəhd
Tarix: Bu gün, 12:25 | Çap et
Bankların var gücləriylə qarşı çıxdıqları qanun:
İstehsalçı ilə istehlakçı arasında bağlanan müqavilələrlə bağlı sonradan ortaya çıxan problemlər həm də sənədin mətninin çox zaman kiçik şriftlərlə hazırlanmasıyla əlaqələndirilir.

Bu isə prosesin növbəti mərhələlərində mübahisələrə, narazılıqlara səbəb olur, hətta iş məhkəməyə qədər gedib çıxır. Əsasən istehlak kreditlərinin verilməsində müqavilələrin kiçik şriftlərlə,uzun-uzadı və qarışıq şəkildə hazırlanması narazılığıa səbəb olur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bankların bu cür fəaliyyətinin qanunda olan boşluqlardan vətəndaşlara qarşı istifadə etmək istəyindən yarandığını deyib:

“Bu, həqiqətən də ciddi problemdir. Bir çox ölkədə istehlak kreditləri haqqında xüsusi qanun var. İlk dəfə belə qanun təxminən 40 il əvvəl İngiltərədə qəbul olunub. Vətəndaşın götürdüyü istehlak krediti çox sərt şəkildə tənzimlənir. Yəni, qanun deyir ki, müqavilədə nəyi yazmaq olar, nəyi yox, nəyi mütləq şəkildə göstərmək lazımdır və s. Hətta bildirilir ki, müqavilənin şrifti necə olmalıdır və müqavilənin hansı məqamları digərlərindən seçilməlidir. Oxuyanda istehlakçı o xüsusi göstəricilər dərhal görməlidir. Avropa ölkələrində bu qanunlar var və banklar ona əməl etməyə məcburdur. Əgər əməl etməsə, müqavilə etibarsız sayılır. Bizdə hələ 5 il əvvəl, yəni 2014-cü il Almaniyanın “GİZ” təşkilatının təşəbbüsü ilə mən və alman professor Piter Krep birgə qanun layihəsi yazdıq. Ayrıca istehlak kreditləri haqqında qanun kimi hazırlanmasa da, Mülki Məcəlləyə əlavə kimi hazırladıq. Biz o qanuna xüsusi bir paraqraf da əlavə etdik ki, bu, “İstehlak kreditləri” adlanırdı. Qanun layihəsini biz 2014-cü ildə Prezident Admistrasiyasına təqdim etdik. Layihə elə həmin il Nazirlər Kabinetinə, Nazirlər Kabineti də onu İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və Mərkəzi Banka, Mərkəzi Bank isə öz növbəsində onu banklara göndərmişdi. 2014-cü ilin payızında banklar xüsusi toplantı keçirdilər və qanunun qəbul olunmasına imkan vermədilər. Səbəb aydındır. Çünki banklara sərf etmədi. 2015-ci ilin devalvasiyasından sonra dövlət orqanları bu qanun layihəsini yenidən gündəmə gətirdilər və Ədliyyə Nazirliyinə tapşırıldı ki, bütün nazirliklərin təkliflərini toplasın. Bizim hazırladığımız qanun layihəsinin son variantını mənə də göndərdilər, baxdım və rəyimi dedim. Sonra bu qanun yenə qaldı. Sonuncu dəfə təxminən il yarım əvvəl bu qanun layihəsi yenidən qaldırıldı və yenə mənim fikrimi aldılar. Mən hiss etdim ki, dövlət orqanları bu qanun layihəsinin qəbulunda maraqlıdırlar. Lakin banklar var gücləriyıə bu qanunun qəbul olunmasına imkan vermirlər. Məhz ona görə ki, qanunda olan boşluqlardan vətəndaşlara qarşı sui- istifadə edirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.