İqtisadi səfalət Paşinyanın sonunu gətirir: İRƏVAN TƏLATÜMDƏ - GƏLİŞMƏ

9-10-2019, 09:00           
İqtisadi səfalət Paşinyanın sonunu gətirir: İRƏVAN TƏLATÜMDƏ - GƏLİŞMƏ
Ölkədəki siyasi münasibətləri tənzimləyə bilməyən Ermənistanın mövcud hakimiyyəti həm də iqtisadi çətinliklərlərlə üz-üzədir.

Report-un məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyində keçirdiyi qapalı toplantıda xarici ölkələrdəki səfirlərini, nazirliyin məsul şəxslərini tənqid edib: "Ölkə iqtisadiyyatına vəd edilən sərmayə bumun həcminin reallıqda azalması hakimiyyətin başlıca ağrılı yerlərindəndir".

O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: "Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız”. Nikol Paşinyan səfirlərə cari ilin sonunadək bu istiqamətdə konkret fəaliyyətlə bağlı tapşırıq verib.

Qeyd edək ki, bir qədər əvvəl ölkənin iqtisadi durumu ilə bağlı açıqlama verən iqtisadiyyat naziri Tiqran Xaçaturyan Ermənistanda adambaşına düşən gəlirin qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlığın isə 8 dəfə aşağı olduğunu bildirmişdi. İqtisadiyyat nazirinin sözlərinə görə, Ermənistan iqtisadiyyatının mövcud durumu ürəkaçan deyil: "Məhsuldarlıq çox aşağıdır. Demək olar ki, bütün sahələrdə oxşar vəziyyət hökm sürür".

İqtisadi sahədə heç bir uğur qazanmayan, möhkəm siyasi sabitliyə nail ola bilməyən mövcud Ermənistan hakimiyyətini perspektivdə nə gözləyir? Pulsuzluq Paşinyan hakimiyyətinin fəaliyyətinə nə kimi təsir göstərə bilər?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət" qəzetinə verdiyi açıqlamasında xarici investorların Ermənistana yatırım qoyacağını inandırıcı hesab etmədiyini bildirib:

"Paşinyan istəyir ki, ölkəyə investisiyalar yatırılsın, səfirlər xarici ölkələrin biznes dairələri danışıqlar apararaq, ölkəyə sərmayə cəlb etsinlər, amma nəyə, hansı sahəyə milyonlar yatırılmalıdır? Ermənistan yoxsul bir ölkədir, ölkədə iqtisadiyyat, təbii sərvətlər yoxdur. Qonşu ölkələrin ikisi ilə sərhədlər bağlıdır, biri ilə münaqişə şəraitindədir. Öz-özlüyündə təhlükəli ölkədir. Paşinyan proqram tərtib edib. Bəyan edib ki, həmin proqrama görə, 2050-ci ilə qədər Ermənistanda 10 güclü şirkət fəaliyyət göstərəcək, hər bir şirkətin isə 10 milyard dollar illik gəliri olmalıdır. Bu fantaziyadır. Paşinyan o qədər ziddiyyətli bəyanatlar verir ki, özünü gülünc yerə qoyur".

Politoloq qeyd edib ki, bu cür bəyanatlara görə erməni ekspertləri də müxtəlif mətbuat orqanlarında onu tənqid edirlər:

"Bu cür bəyanatların verilməsi, hansısa sağlam düşüncəli iş adamının Ermənistana vəsait yatıracağı anlamına gəlmir. Hesab edirəm ki, bu sadəcə, fantaziyadır və səfirlər bu istiqamətdə səy göstərsələr belə, nəticə əldə edə bilməyəcəklər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.