ORDU İLƏ ZARAFAT ETMƏK OLMAZ! - Üzeyir Cəfərov yazdı..

11-10-2019, 10:26           
ORDU İLƏ ZARAFAT ETMƏK OLMAZ! - Üzeyir Cəfərov yazdı..
Əziz dostlar! Hörmətli həmkarlar!
Sabiq Baş nazir Novruz Məmmədovla bağlı dünən yazdığım statusla bağlı hörmətli virtual və real dost-tanışlarımın yazdıqları şərh və fikirlərlə bağlı bəzi yekun qeydlərimi sizlərin diqqətinə çatdlrmaq istəyirəm.
Çox təəssüflənirəm ki, xeyli sayda dostlarımız MƏNİM QEYDLƏRİMİN niyə yazıldığının məqsəd və məramını düzgün tuta bilmədilər və kim necə gəldi öz fikirlərini yazdı. Əvvala vaxt sərf edib adəti üzrə geniş qeydlərimi, yazdığım fikirləri oxuduğunuza, rəylərinizə görə Sizə ayrı-ayrılıqda bir daha təşəkkür və minnətdarlığımı bildirirəm. Var olun. Yazan barmaqlarınız, düşünən beyniniz hər zaman sağlam və gumrah olsun.
O dostlar ki, mənim nə demək istədiyimi incə formada başa düşdülər, ikiqat çox sağ olsunlar. O yoldaşlar ki, yazdıqlarımı bu və ya digər səbəblərdən şübhə altına aldılar, sizlər də sağ olun. Bu sizin haqqınız və hüququnuzdur. O şəxslər ki, az qala məni yazdıqlarıma görə "peşiman etməyə" çalışdılar, sakit şəkildə deyirəm ki, siz ya məni tanımırsınız, ya da mənim xarakter və təbiətimə bələd deyilsiniz.
Əziz dostlar, hörmətli həmkarlar!
Sizi inandırıram və əmin edirəm ki, yazdığım hər cümləm müvafiq rəsmi və qeyri-rəsmi qurumlar tərəfindən ciddi şəkildə İZLƏNİLİR və NƏZARƏTƏ götürülür.
Silahlı Qüvvələrdə olan irili-xırdalı problemləri əgər mən delikat şəkildə burada dilə gətirirəmsə, deməli NARAHATÇILIQ var. Yazdığım dünənki statusun da daha çox məqsədi-məramı o idi ki, ay yoldaş tovarişlər, ORDU İLƏ ZARAFAT ETMƏK OLMAZ! Ordu üçün SİYASİ MƏNSUBİYYƏT anlayışı olmayıb və yoxdur. BİZ hamımız Azərbaycanımızın ƏSGƏRİYİK. Sıravi əsgərdən tutmuş ən yüksək rütbəli şəxsə kimi bizim üçün Baş nazirin, müdafiə və ya digər nazir və ya generalların KİM OLMASI 3-cü və ya 13-cü məsələdir.
Bu kateqoriyadan olan şəxslər həyatda hər cür rahat və ya narahat şəraiti görmüş insanlardır. Bu insanların haqqına girmək, onları narazı salmaq sizi həm FİZİKİ, həm də MƏNƏVİ cəhətdən qısa zaman kəsiyində OLUM və ya ÖLÜM seçimi qarşısında qoya bilər.
Əgər mən hələlik ərazaqla bağlı hansısa harın general və ya nazirin tupoyluğunu açıb göstərirəmsə, bu PROBLEMİ dilə gətirirəmsə, bu o demək deyil ki, hərbçilərin mənzil-məişət şəraitini diqqətdən qaçırırıq, əsla yox.
"Qızım sənə deyirəm, gəlinim sən eşit" zərbi məsəlində olduğu kimi, əgər mən bütün risk və mərhumiyyətləri göz önünə gətirirəmsə, sizi inandırıram ki, bu əsla təsirsiz ötüşmür. Bəziləri mənə dəli kimi baxır. Bəziləri məni özünə qardaş, dost və yoldaş sayır. Azərbaycanda həqiqəti açıq, publik demək və ya yazmaq hələ ki, çox çətin bir işdir. Oğru və ya natəmiz bəzi məmurlar yazdıqlarımı öz şəxsinə yönəlik tənqid kimi başa düşür. Amma o unudur ki, yazdıqlarım narahatçılıq və ya tənqid Azərbaycan adlı ANAMIZ olan Vətənimiz üçündür. Novruzlar gəldi gedərdi, Sahillər-Cahillər bu gün var, sabah artıq olmayacaqlar. Və onların çoxu kimə görəsə vəzifədədirlərsə, BİZ ZABİT-GİZİRLƏR əgər qarşımıza məqsəd qoysaq, vallah onlar dizin-dizin sürünərlər. Biz səbr, dözüm nümayiş etdirirksə, bu o demək deyil ki, kimdənsə, nədənsə qorxub-çəkinirik. Biz Azərbaycanda GÜC və QÜVVƏYİK. Ona görə də, məmurlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Biz dövlətimizi və dövlətçiliyimizi qorumuşuq və qoruyuruq. Biz xalqımızı sevmişik, sevirik və son nəfəsimizə kimi sevəcəyik.
Tanrı Azərbaycanımızı, qeyrətli Silahlı Qüvvələrimizi və Xalqımızı qorusun!
P.S. Hamınıza bir daha təşəkkür edərək söz verirəm ki, bundan sonra da həm xidmətdə, həm də ehtiyatda, istefada olan bütün zabit və gizirlərimizin, əsgər və çavuşlarımızın, əynində hərbi mundir gəzdirən xanımlar və cənabların HAQQ səsini deyəcəyəm, yazacağam və lazımı ünvanlara çatdıracağam.
Üzeyir Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.