Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK

10-11-2019, 09:41           
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Rusiyanın Suriya rejimi ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sarayına Su-34 və ya Su-22 təyyarələri ilə bomba zərbələrinin endirilməsini müzakirə etdiyi məlum olub.

Bu sensasion məlumat Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) məxfi sənədində yer alır. Həmin sənədi “Nordic Monitor” nəşri dərc edib.

Sənədə əsasən MİT Ərdoğanın sarayına bomba zərbələrinin endirilməsi planının Suriya və Rusiya generalları arasında müzakirə olunduğu barədə dəlilə FETÖ/PDY terror təşkilatına üzv olmaqda, hakimiyyəti silahlı yolla devirmək cəhdində və digər bu kimi cinayətlərdə təqsirləndirilən Osman Kardal adlı şəxsin iqamətgahında məhkəmə qərarı ilə aparılan axtarış zamanı ələ keçirildiyi məlum olur. Həmin şəxsin barəsində Ankara Cümhuriyyət prokurorluğunun 2016/103566 saylı cinayət işi qaldırıb.
Sənədə əsasən Suriya ordusunun Baş qərargahına bağlı sahil artilleriya birliyində xidmət edən general-mayor Adnanla kimliyi müəyyən edilməyən şəxs arasında danışıq 2015-ci il dekabrın 3-də qeydə alınıb. Onlar öz aralarında 2015-ci il dekabrın 30-da Sergey adlı rusiyalı general və Suriya hökumət qüvvələrinin kimliyi təsbit edilməyən zabiti arasında görüş olacağı haqda danışıblar.



Görüş Rusiyanın Suriyadakı Hmeymim aviabazasında baş tutmalı idi. Sənəddə deyilir ki, general Sergey Suriyanın şimal-qərbindəki Kessab regionundan gəlməli idi. Müzakirə mövzusu isə Su-22 və ya Su-34 qırıcılarının daha ağır bomba ilə yüklənməsi barədə olmalıydı.

MİT-in sənədində deyilir ki, rusiyalı general Suriya tərəfini təyyarələrin hansı məqsədlə istifadə ediləcəyi barədə məlumatlandırmağa hazırlaşırdı. “Biz göndərilmək üçün ora sursat yükləyərik. Habelə çəllək bombaları əlavə olunacaq və bütün bunlar Ərdoğanın sarayına gedəcək”,-MİT-in qeydə aldığı danışıqda belə deyilib.



Avia.pro portalı qeyd edir ki, söhbət Su-22 qırıcısının pilotsuz (məsafədən idarə olunan) variantından gedə bilər. Bu təyyarə səsdən iti sürətlə uçur və əgər sənəddə deyilənlər doğrudursa o, Suriya sərhədindən Ankaraya 13 dəqiqəyə çata bilərdi. Su-34 təyyarəsi isə çox güman ki, Su-22-ni Suriyanın hava məkanında müşaiyət etməli idi.

Su-22 təyyarələri Suriya ordusunun silahlanmasında yer alır və müxaliflərə qarşı döyüşlərdə geniş tətbiq olunub.

Qeyd edək ki, həmin kəşfiyyat məlumatının qeydə alındığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər çox gərgin idi. Bunun səbəbi Türkiyə qırıcısının Suriyanın şimalında Rusiya bombardmançısını vurması olmuşdu. Sonradan Ərdoğanla Putin barışdı və Türkiyə Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini almağa qərar verdi... (Virtualaz.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.