“Müharibə başlasa, biz nə Amerikanı, nə İranı müdafiə edəcəyik, Güney Azərbaycan uğrunda savaşacayıq” Çöhrəqanlıdan tarixi bəyanat

6-01-2020, 00:05           
“Müharibə başlasa, biz nə Amerikanı, nə İranı müdafiə edəcəyik, Güney Azərbaycan uğrunda savaşacayıq” Çöhrəqanlıdan tarixi bəyanat
“Müharibə başlasa, biz nə Amerikanı, nə İranı müdafiə edəcəyik, Güney Azərbaycan uğrunda savaşacayıq”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı dekabrın 5-də Azad TV kanalına verdiyi müsahibədə tarixi bəyanatla çıxış edib.

O, “Sepah” komandanı Qasım Süleymaninin öldürülməsindən sonra artan gərginlik və mümkün ABŞ-İran müharibəsi haqda danışarkən, Güney Azərbaycanın İranı müdafiə etməyəcəyini vurğulayıb.

Çöhrəqanlının tarixi bəyanatını təqdim edirik:

“Əlbəttə, biz sülhsevər bir millətik və bu millətin bir hərəkatıyıq. Ona görə bizim baş kəsənlərlə, qan tökənlərlə, adam öldürənlərlə heç bir əlaqəmiz yoxdur. Əksinə, onlara nifrətimiz var. Amma əgər bizim iradəmizdən asılı olmayaraq bölgədə qanlı savaşlar başlayarsa, biz nə etməliyik? Biz Amerikanı İrana həmlə etməyə dəvət etmirik. Amma Amerikanın İrana hücum və həmləsinin qarşısını da ala bilmərik.

Burada bizə ünvanlanan sualar var: Siz Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq, Amerikanı İrana hücum etməyə çağırırsız? Xeyr.

Bəs Amerika İrana həmlə edərsə, siz Amerika ilə birgə İrana qarşı savaşarsız? Xeyr.

Başqa suallar da var. Savaş başlasa, siz İran rejimini müdafiə edəcəksiz? Xeyr. İran rejiminə dəstək verməyə hazırmısınız? Əsla!

Biz savaşların acı nəticələrini görmüşük. İran-İraq savaşında 2 milyon insanın məhv olmasını, 300 min Güney Azərbaycanlı gəncin şəhid olmasını görmüşük. O vaxt bizə dəyən böyük maddi və mənəvi xəsarətləri görmüşük. Ona görə əsla qanlı savaş tərəfdarı deyilik.

Amma əgər bizim iradəmizdən asılı olmayaraq, vəziyyət nəzarətdən çıxıb bu savaş başlayacaqsa, biz nə etməliyik?

Biz vətən və millətimizi müdafiə edəcəyik! Biz Azərbaycanımızı və Azərbaycanda yaşayan millətimizi müdafiə edəcəyik! Biz Güney Azərbaycan uğrunda savaşacayıq. Gərəkirsə, biz Bütöv Azərbaycan uğrunda savaşacayıq!

Qanımız o qədər azalıb ki, ancaq özümüzə yetər. Azərbaycanın daha 300 min gənci yoxdur ki, İran adalanan irtica üçün canını fəda etsin. Biz işğalda olan Güney Azərbaycan və burada əsarətdə olan türk millətinin varlığı və hüquqları üçün savaşacayıq.

Biz kimsəni təcavüz etməmişik və etməyəcəyik. Bu bizim tariximizdə olmayıb, olmayacaq. Amma kim bizə təcavüz əlini uzadacaqsa, biz o təcavüz əlini kəsməyə qırmağa hazırıq!

Mən inanıram ki, əgər savaş başlayarsa, İran rejimi titrəyəcək, silkələnəcək, yıxılacaq. Yıxıldısa, Güney Azərbaycanımızın ayrı bir dövlətlər, ölkələr qüvvələr tərəfindən işğal olunmasına imkan verməməliyik! İmkan verməyəcəyik!”

Mahmudəli Çöhrəqanlının Azad TV-yə müsahibəsini təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.