Ay Tərtər camaatı,"elini ürküt,axsaqından yapış" - Qarabağın Həcəri yazır

7-01-2020, 18:36           
Ay Tərtər camaatı,"elini ürküt,axsaqından yapış" - Qarabağın Həcəri yazır
Teref.az Qarabağın Həcəri kimi məşhurlaşmış Qarabağ müharibəsi veteranı Səbirə Mahmudovanın müraciətini təqdim edir:
Sizə 2 seçki deputat təyin edilmiş,Lider kanalının müxalifəti söyüş lideri Sahib Alıyevin bu rayondan yenidən namizədliyə verməsi hamımıza həqarətdir.Artıq namizədliyini müstəqil verib,hökumətdən verilməyib.Adam nə qədər mənəviyyatca kasıb olmalıdlr ki, yenə də bu iştahda olsun.Soruşun görək,onun bu rayona nə dəxli var? Müxalifəti söydü,iki dəfə rayonumuzun haqqına girdi.Axı,ön cəbhədə erməniyə bir güllə atmamış,seçildiyi 10 ildə yaralı barmaqa "çiş" etməmiş,bu adam indi hansı üzlə gəlib namizədliyə.? Aprel döyüçlərində hardaydl,millət bomba altında olanda? Bu adam bir neçə saatlıq həmin vaxtlarda Nicat İsgəndərov adlı şəhidimizin dəfnində şəkil çəkdirməyə gəlmişdi.Rayon əhalisini aquşuna alan problemlərin birini qabartmayıb.Bomba altında su pulu,qazpulu,işıq pulu ödəyən camaatımızın kommunal xərclərdən azad edilməsi təklifmi parlamentdə qabartdımı? Bəlkə,əhaliyə anbarlardan yosunlu su içdiriləndə səsini çıxarıb?
Qəhrəmanlar yurdunu belə birisi necə təmsil edə bilər,cənab möhtərəmlər? Hələ camaatımızın içində yenidən qəhrəmanlıq dastanları yaratmaqa layiq oqul,qızlar ola-ola?
Bu qədərmi,aciz hesab edir bu adam bizləri? Kimdir,bunun himayədarı?
Hamınıza səslənirəm,ölkə başçısının apardıqı islahatlar müqabilində etiraz səslərinizi prezidentimizə çatdırın, belə namizədlərin qutudan saxtalıqla çıxmasına şərait yaradılmasın.Bu rayon onsuz da başçının "işqal" layihəsində boqulur.Bir yandan da,saxta seçilmiş,10 ilimizi mənimsəmiş Sahib Alıyevin mənəvi haqqı olmadıqı bu yurda təzədən deputat olmasına göz yummayın.
Eyyy, döyüşçü qardaşlarım,səsimə səs verin,qarşıda aqır müharibə oıacaqı qaçılmazdır.
Ali Baş komandan cəbabları!
Tərtər 30 ildir, güllələrdən laylalıdır.Burda əhalinin çox hissəsi müharibənin fəsadlarını yaşayır.Nə qədər şəkər xəstəsi var.Güllə səsləri altında böyüyən körpələrin baqrı çat-çatdır. Mən əhalinin çox qisminin səsini çatdırdım.
Ümüd edirəm ki,etirazım nəzərə alınacaq.
Mənəvi haqqı olan namizədlərə uqurlar!
Media nümayəndələrinin səsimi yayacaqına əminəm.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.