İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi - 2-si açılmadı 1-i isə.....

8-01-2020, 08:25           
İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi - 2-si açılmadı 1-i isə.....
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.
TASS xəbər verir ki, zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib.

Raket zərbələrinə İraqın qərbindəki “Eyn əl-Əsəd” və ölkənin şımalında Ərbil şəhəri yaxınlığında yerləşən hərbi bazalar məruz qalıb.

SEPAH-ın bəyanatına görə, ABŞ-ın hərbi bazalarına qarşı əməliyyat “Şəhid Süleymani” adı alıb.

“Biz ABŞ hökumətinə bildiririk ki, İrana qarşı təcavüz edilən istənilən ərazi hücuma məruz qalacaq”, - deyə bəyanatda bildirilir.

“Press TV” telekanalı ABŞ-ın İraqdakı obyektlərinə zərbələrin video görüntülərini yayıb.
Teref.az yazır ki, xarici mənbələrin verdiyi xəbərə görə 2 raket açılmayıb, 1 raket isə hədəfdən yayınaraq bazadan qıraqda boş əraziyə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.