Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır”

17-01-2020, 02:49           
Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır”
“Coğrafi olaraq Cənubi Qafqaz böyük dövlətlərin hər zaman marağında olan bölgədə yerləşir. Amma böyük dövlətlər də bu maraqlar uğrunda yarışanda bölgədəki ölkələrin maraqlarını da unutmamalıdırlar”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Ankarada Strateji Düşüncə İnstitutunda “Cənubi Qafqaz bölgəsindəki əməkdaşlıqların imkanları və çətinlikləri” mövzusunda keçirilən tədbir zamanı Azərbaycanın Türkiydəki səfiri Xəzər İbrahim bildirib.

Səfir deyib ki, Cənubi Qafqaz ölkələrinin dünyaya açılması üçün enerji, nəqliyyat və siyasi layihələrdə Azərbaycan və Gürcüstan imkanlar yaratsa da, Ermənistan əksinə, özünü təcrid etməklə, Azərbaycan torpqlarını işğala məruz qoymaqla, Gürcüstana, Türkiyəyə qarşı iddiaları ilə bölgədə problemlər yaradır.

Xəzər İbrahim bildirib ki, virtual dünyada sərhədlər zəiflədikcə Güney Qafqazda da beynəlxalq cinayətkarlıqların, dini sektalar adı altında terror hadisələrinin, narkobiznesin inkişafına şərait yaranır ki, bu da çətinliklərə yol acır.

Virtual dünyanın inkişafının müsbət tərəflərini xarakterizə edən səfir qeyd edib ki, bölgənin dünyaya inteqrasiya imkanları genişlənir: “Məsələn, Çin tərəfdən irəli sürülmüş “Bir nəsil - Bir yol” layihəsi, hansı ki, bu layihə Asiya ilə Avropanı birləşdirəcək - bu layihəyə daxil olan ölkələrin sərhədlərindən az rüsum ödəməklə, asanlaşdırılmış şərtlərlə keçmək mümkündür. Avropa Birliyindən də buna bənzər bir layihə iərli sürülüb ki, hazırda Vyanada bununla bağlı araşdırma aparılır. Londondan Bakıya qədər alternativ yol salınacaq. Bütün bunlar bizim üçün geniş imkanlar açır”.

Qeyd edək ki, tədbirdə Strateji Düşüncə İnstitununun rəhbəri Məhəmməd Savaş Qafqazlı, TANAP-ın baş direktoru Saltuk Düzyol, Ortadoğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri professor Oqtay Tanrısevər, Norveçin tanınmış “Equinor” enerji şirkətinin Türkiyə bölməsi üzrə rəhbərinin müavini Cenk Pala mövzu ilə bağlı məruzələrlə çıxışlar ediblər.

Tədbirin aparıcısı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç olub.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.