Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – Video

19-01-2020, 08:27           
Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – Video


35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu yanvarın 18-də seçicilərlə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında baş tutan tədbirə Arifoğlunun seçiciləri ilə yanaşı, təlimatlandırılmış bir neçə qadın da gəlib.

Maraqlıdır ki, gələn qadınlar kimi dəstəklədiklərini və yaxud kim tərəfindən göndərildiklərini də dolayısı ilə etiraf ediblər. Onlar R.Arifoğlunun sözünü kəsməyə və qalmaqal yaratmağa cəhd göstəriblər.

Məlum olub ki, qadınlar bu dairədən digər əsas namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadəni dəstəkləyirlər.

Ən maraqlı məqam isə qadınların tədbirdən gedərkən bəlli mikroavtobusa minmələri olub. Aydınlaşıb ki, onları R.Arifoğlunun tədbirinə göndərənlər xüsusi maşın da tutub.

Qeyd edək ki, bundan öncə R.Arifoğlu və İ.Ağazadə arasında təbliğat-təşviqat zamanı sərhədləri qorumaq və sivil metodlardan kənara çıxmamaq barədə razılaşma olmuşdu.

Hadisələrin əks olunduğu videonu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.