İsveçdə yaşayan həmvətənlərimizdən Rauf Arifoğluya dəstək

20-01-2020, 11:59           
İsveçdə yaşayan həmvətənlərimizdən Rauf Arifoğluya dəstək
Dünən İsveçin Göteborg şəhərində yaşayan həmvətənlərimiz Azərbaycanda keçirilən parlament seçkiləri çərçivəsində deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləmək məqsədilə toplantı keçiriblər.

İsveçdə yaşayan soydaşlarımızın verdiyi məlumata görə, tədbirin açılışında ” Mənim Səsim” dərnəyinin başqanı Rasim Cabbarov deyib: "Qürbətdə yaşadığımızdan Azərbaycanda baş tutacaq 9 fevral parlament seçkilərində aktiv iştirakımız məhduddur, ancaq buna baxmayarag Rauf Arifoğluna öz dəstəyimizi bildirmək istəyirik və inanniriq ki Rauf Arifoğlu millət vəkili olarsa, o, öz seçicilərini və həmçinin Azərbaycan xalqını parlamentdə layiqincə təmsil edəcək. Buna subut onun keçdiyi siyasi mücadilə yolu və jurnalistika fəaliyyətidir".

Dərnəyin fəallarından olan Firudin Ələsgərov Rauf Arifoğlunun keçdiyi siyasi yol və onun Azərbaycanın media həyatındakı fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Daha sonra isə Rauf Arifoğu ilə canli videobağlanti yaradılıb və o namizəd olduğu dairə və aparılan seçki kampaniyasıyla bağlı məlumat verib. R.Arifoğlu ona qarşı həmin dairədən olan başqa namizədlər tərəfindən süni maneələrin yaradılmasından da söz açıb.

Tədbir iştirakçıları Rauf Arifoğluya seçki ilə bağlı suallar veriblər. Sonda Rauf Arifoğlu millət vəkili seçildiyi təqdirdə parlamentdə Quzeyli və Güneyli Azərbaycanın haqq səsi olacağını geyd edib.

Tədbirdə Guney Azərbaycan Partiyasının sözcüsü Mahmud Bilgin, "Yeni Musavat" qəzetinin keçmiş əməkdaşı Şahnaz Mətləbqızı və İsveçdə fəaliyyət göstərən "Mənim Səsim", "Savalan" və "Xatun" dərnəklərinin nümayəndələri iştirak ediblər. Tədbir iştiraklçıları Rauf Arifoğlunun gələbəsinə inandıqlarını geyd edərək ona seçki kampaniyasında uğurlar arzulayıblar.

Musavat.com













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.