Bir korrupsiya layihəsi və onun əməli nəticəsi - “9 milyon manatlıq elektron sistem niyə işləmir?”

22-01-2020, 18:18           
Bir korrupsiya layihəsi və onun əməli nəticəsi -  “9 milyon manatlıq elektron sistem niyə işləmir?”
Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna:
“9 milyon manatlıq elektron sistem niyə işləmir? İpoteka və Kredit Zəmanət Fondu açıqlama verməlidir”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu İpoteka və Kredit Zəmanət Fondunun ictimai diqqətdə olan kirayə evlər üçün elektron müraciətlərin qəbulu zamanı sistemdə yaranan problemə münasibət bildirərkən deyib. O, bildirib ki, bu barədə dəfələrlə yazıb, maraqlananları məlumatlandırıb:

“Ehtiyacı olanların səbirsizliklə gözlədiyi bu sistemdə birinci məyusluq təklif olunan qiymətlərlə bağlı idi, çünki çox bahadır. İkinci məyusluğu da bu gün yaşayırıq, elektron müraciət sistemi işlərmir.

Odur ki, bunu bir daha yoxlamaq üçün iş gününün sonunda “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatını diqqətlə oxuyandan sonra https://www.e-gov.az yazıb “Enter” düyməsini sıxıram. “Elektron hökumət” portalının əsas səhifəsində “Bütün xidmətlər” bölməsində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi elektron xidmətləri axtarmağa başladım. Axtarış nəticəsində belə bir məlumat aldım: “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir””.

Ekspert bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu bütün məsələlərə cavabdehlik daşıyır:

“”Elektron ipoteka” sisteminin yaradılması üçün CyberNet şirkətinə 6 000 000 manat , sistemin təkmilləşməsi üçün GT Solution şirkətinə də 3 000 000 manat, bütövlükdə bu xidmətlər üçün 9 000 000 manat vəsait "xərcləyib".
Buyurun tanış olun, bu da bir korrupsiya layihəsi və onun əməli nəticəsi, birabırçılıqdır!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.