Tibbi sığorta həkimlərə nə qazandıracaq? - GÖZLƏNTİ

26-01-2020, 17:32           
Tibbi sığorta həkimlərə nə qazandıracaq? - GÖZLƏNTİ
Bu ildən icbari tibbi sığortanın tətbiqi ilə bağlı olaraq, həkim və tibb işçilərinin əmək haqqları yeni qaydalarla veriləcək.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bir qədər əvvəl mətbuata verdiyi açıqlamasında bildirib ki, sistem tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydaları hazırlanıb.

Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:

“Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq”.

Zaur Əliyev onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb.

Qeyd edək ki, əlavələr həkimlərin iş stajlarından, ixtisası, ixtisas dərəcəsi, işin xüsusiyyəti, iş şəraiti və xidmət göstərdikləri xəstə sayından asılı olaraq dəyişəcək.

Yeni qaydalarla tətbiq olunan əmək haqları həkimləri qane edəcəkmi?

Professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, icbari tibbi sığorta ilə bağlı TƏBİB-in verdiyi zərf qənaətbəxş deyil:

“Burada aydın olmayan məqamlar var. Yaxşı olardı ki, buna aydınlıq gətirilsin, mütəmadi olaraq bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Vətəndaş ən azı bilməlidir ki, onun hüquqları nədən ibarətdir. Burada xeyli qeyri-müəyyənlik var. İkinci məsələ ondan ibarətdir ki, həkimlərin fiksə olunmuş maaşları təyin olunmadan icbari tibbi sığortadan söhbət gedə bilməz. Daha çox xəstəyə baxmaqla məvacibin müəyyənləşməsi bunun subyektiv faktorlara yol açması deməkdir. Bu peşəkarlığın qorunması baxımından da ziyanlıdır”.

Adil Qeybulla hesab edir ki, ilk növbədə həkimlərin fiksə olunmuş əmək haqqları təyin olunmalıdır, bundan sonra isə öz normativlərindən daha artıq xəstəyə baxan həkimlərin gəlirlərinə əlavə edilməlidir:

“Dünya ölkələrində məsələlər bu cür həll olunur, bizdə də belə olmalıdır. İkinci tərəfdən isə bütün məsələlərin izahını orada tapmaq mümkün deyil. Məsələn, bir vətəndaşın il ərzində xəstəxanaya neçə dəfə müraciət etmək hüququnun olması bilinmir. Kim nə vaxt istəsə xəstəxanaya gəlsə, xaos yaranar. Bundan başqa hansı xəstəliklərin icbari sığortaya daxil olduğu, hansının daxil olmadığı göstərilmədir. Bütün bunları tənzimləmək, növbəlilik sistemi yaratmaq lazımdır”. Adil Qeybulla hesab edir ki, bu cür yanaşma ilə uğurlu icbari tibbi sığorta sistemini uğurlu qurmaq mümkün deyil.

Xatirə NəsirovaTibbi sığorta həkimlərə nə qazandıracaq? - GÖZLƏNTİ

Xatirə Nəsirova
/azsiam.info/

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.