Qazax rayon İcra Hakimiyyəti seçkiyə müdaxilələrini davam etdirir - Qazaxda namizədlərə təzyiq olunur

28-01-2020, 10:25           
Qazax rayon İcra Hakimiyyəti  seçkiyə müdaxilələrini davam etdirir - Qazaxda namizədlərə təzyiq olunur
Qazax 107 saylı seçki dairəsindən deputatlığa namizəd Kərimova Sevinc İbrahim qızı dünən Aslanbəyli və Qaymaqlı kəndində görüşlər zamanı bir qrup tərəfindən təqib olunub, o və komandası təzyiqlərə məruz qalıb.

Bu barədə namizədin özü Mia.az-a məlumat verib.

Sevinc Kərimoa bildirib ki, Qaymaqlı kəndində 10 MT 765 nömrə nişanlı 07 markalı avtomobilə Kəmərlı üzrə icra nümayəndəsinin müavni Dursun, eyni zamanda, kənd sakini Gülnaz xanım ( kimliklərini kamera görüntüsü ilə kənd sakinləri ilə birlikdə müəyyən etmişik ona görə də soy adı qeyd edə bilmirik) və digər 2 nəfər Kəmərli kəndində səyyar görüşlərə mane olublar.

İnsidentlə bağlı polisə məlumat verdiyini deyən xanım namizəd analoji situasiya ilə Aslanbəyli kəndində də rastlaşdıqlarını bildirib. Özünü YAP –dan olan namizədin qohumları və eloğluları kimi təqdim edən şəxslər “ biz artıq öz namizədimizi seçmişik, xahiş edirik kənddən çıxın və heç bir şəkil-filan paylamayın”– deyərək, bir neçə görüş yerinə basqın ediblər:

“Bütün bulara baxmayaraq Qazaxın böyük kəndlərindən biri olan Aslanbəylidə də çətinliklərlə də olsa səyyar görüşlərimiz oldu. Bu bir qrup araqarışdıranın kənd bələdiyyəsinin üzvləri olduğunu isə kənd sakinlərinin köməyi ilə müəyyənləşdirməyə nail olduq. Bir sözlə, Qazax rayon İcra Hakimiyyəti seçkiyə müdaxilələrini davam etdirir və əhali arasında kiminsə artıq seçilməsi fikrini yayaraq, insanları çaşdırmağa çalışır. Əgər belə olmasının əksini sübüt etməyə çalışsalar, onda belə çıxır ki, rayon rəhbərliyi işçilərini idarə edə bilmir”.

Xatırladaq ki, S.Kəriimova Qazaxda doğulub.

Mia.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.