İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN

6-07-2020, 17:06           
 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.