"Türkiyədən fərqli olaraq Azərbaycanda “tədbir yorğunluğunu” gücləndirən amil bu tədbirləri elan edən quruma artan inamsızlıqdır."

9-07-2020, 09:39           
"Türkiyədən fərqli olaraq Azərbaycanda “tədbir yorğunluğunu” gücləndirən amil bu tədbirləri elan edən quruma artan inamsızlıqdır."
"Türkiyədə karantinin uzadılması yeni terminin ortaya çıxmasına səbəb olub: “Tədbir yorğunluğu”. Yəni insanlar karantindən, istidə maska taxmaqdan və başqa qadağalardan yorulmağa başlayıblar. Bu proses Azərbaycanda da özünü biruzə verir. “Evdə qal” kampaniyası artıq işləmir və əsəblərə təsir edir, təsadüfi deyil ki, mart və aprel aylarında televiziya ekranlarında geniş yayınlanan bu kampanya faktiki TV-lərdən yığışdırılıb."
Teref.az yazır ki, bu aktual mövzu ilə ekspert Elxan Şahinoğlu çıxış edib.Elxan Şahinoğlu daha sonra yazır:
"Türkiyədən fərqli olaraq Azərbaycanda “tədbir yorğunluğunu” gücləndirən amil bu tədbirləri elan edən quruma artan inamsızlıqdır. Şənbə və bazar qadağaları fiaskoya uğradı, gah yumşalma, gah sərtləşməyə gedildi, metro gah qapadıl, gah açıldı, yenə qapadıldı, nəticədə avtobuslarda sıxlıq yarandı və s. Dənizin vətəndaşlara qapalı qalması, insanların evə qapanmalarıyla günəş şüasından məhrum olması da immuniteti gücləndirmir. Bütün hallarda mövcud imkanlar daxilində özümüzü qorumalıyıq. “Tədbir yorğunluğu” artsa da, maska, məsafə və gigiyena aktual olaraq qalır."
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.