İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyası – TARİXİ QƏRAR

11-07-2020, 20:35           
İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyası – TARİXİ QƏRAR
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənib.

Baş Məclisin 31- c xüsusi iclasının müvəqqəti gündəliyi BMT-nin saytında dərc edilib.


Gündəliyə 7 bənd daxildir:

1. Baş Assambleyanın 74-cü növbəti sessiyasının sədrin nümayəndə heyəti tərəfindən açılışı.

2. Dua və ya düşünməyə həsr olunmuş bir dəqiqəlik sükut.

3. Baş Assambleyanın xüsusi sessiyasında nümayəndələrin səlahiyyətləri:

a) Səlahiyyətlərin yoxlanılması komitəsinin üzvlərinin təyin olunması;

b) Səlahiyyətlərin yoxlanılması komitəsinin məruzəsi.

4. Sədr və digər səlahiyyətli şəxslərin seçilməsi.

5. Gündəliyin təsdiq olunması.

6. Sessiyanın təşkili.

7. Ümumi müzakirələr.

Qeyd edək ki, Azərbaycan rezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş video-konfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib.

BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.