Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır

12-07-2020, 12:01           
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Amerikalı həkim Çad Kriliç deyir ki, əgər hökumətlər və vətəndaşlar lazımi tədbirləri görməsələr, koronavirusa yoluxanların sayı daha da arta bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Deutsche Welle-yə müsahibəsində deyib.

O, hələ may ayında, ABŞ-da məhdudiyyətlərin tədricən qaldırıldığı vaxt yoluxanların sayının artdığına diqqət çəkib. Kriliçə görə, belə meylləri qətiyyən nəzərdən qaçırmaq olmaz və müdafiəni gücləndirmək, insanları testlər və dərmanlarla kifayət qədər təmin etmək lazımdır.

Həkim eləcə də qeyd edib ki, qripin yayılması fonunda dünyanı infeksiyanın üçüncü dalğası gözləyir.

“Bu, bir növ üç pərdəli pyesə bənzəyir, biz hələ ikinci mərhələdəyik. Sonra üçüncü olacaq”, - Kriliç deyib.

Kriliç bildirir ki, yeni dalğanın başlanğıcı bir neçə amildən asılı olacaq: yəni vaksin tapılacaqmı, yaxud insanlar təhlükəsizlik qaydalarına necə əməl edəcəklər. Bununla yanaşı, amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir.

Bir müddət öncə Bruklin Mərkəzi Xəstəxanasında işləyən rusiyalı həkim-reanimatoloq Yevgeni Pinelis bildirib ki, Amerika səhiyyəsi koronavirus epidemiyasına hazır deyildi. Onun sözlərinə görə, epidemiyanın pik dövründə həkimlərin xəstəliyi təyin etmək üçün test sistemləri yox idi, onlar yalnız əlamətlərə baxıb diaqnoz qoyurdular.

Bu gün isə Rusiya elan edib. Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarında iştirak edən könüllülərin hamısının özünü əla hiss etdikləri, iyulun 15-i və 20-də evə yazılacaqları bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.