Səbirə Mahmudova:""Rayon Hərbi Komissarlarına( Rayon Səfərbərlik şöbələri) fürsət düşdü. "

22-09-2020, 11:01           
Səbirə Mahmudova:""Rayon Hərbi Komissarlarına( Rayon Səfərbərlik şöbələri) fürsət düşdü. "
Teref.az yazır ki, Qarabağ qazisi, sosial şəbəkələrdə fəallığı ilə seçiklən Səbirə Mahmudova (Qarabağın Həcəri) sosial şəbəkələrdə aktual problemlə bağlı status paylaşıb.
Səbirə xanım yazır:"Rayon Hərbi Komissarlarına( Rayon Səfərbərlik şöbələri) fürsət düşdü. Rayon qeydiyyatlı ,Baklda işləyən gənclərin vaxtında rayonlara çatmaları mümkünsüz.Nəzərə alın,avtobuslar işləmir."

Səbirə xanım yazdığı statusla əlaqədar bizə dedikləri:
Bu gün rayonlarda qeydiyyatda olan cavanların çoxu Bakıda işləyir, onlara çağırış vərəqəsi gələndə onlar Bakıda işlərinin başında olurlar. Təbii ki, 1 günə avtobusların işləmədiyi vaxtda onlar Bakıdan rayona özlərini çatdıra bilmirlıər.Gecikirlər. Hərbi Komisarlıqlar isə əllərinə fürsət düşmüş kimi o, dəqiqə onların işlərini prokurorluğa və ya polisə yönləndirirlər. Buna görə Hərbi Komisarlıqlardan şəhərlər arası avtobusların işləmədiyini və çağırışa gəlməli olan gənclərimizin buna görə vaxt itirib gecikdiklərini nəzərə almaqlarını xahiş edirəm!
Danışıqalrımızın sonunda Səbirə xanımdan" Deyəsən savaş başlayır, gedəcəksinizmi?" yarızarafat, yarıciddi soruşduq
SDəbirə xanım: "Mənim yerim həmişə səngərdə oluib və indidə səngərdə olacam!"- dedi.
Teref.az olaraq bizdə Hərbi Səfərbərlik şöbələrinin Səbirə xanımın qaldırdığı problemi nəzərə almasını xahiş edirik!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.