Adı uşaq oğurluğunda hallanan deputatın prezidentlə qalmaqallı fotosu

23-09-2020, 17:12           
Adı uşaq oğurluğunda hallanan deputatın prezidentlə qalmaqallı fotosu
Millət vəkili Ramil Həsənin doğum günü ilə bağlı öz facebook səhifəsində doğum günü ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb. Paylaşımda xüsusilə prezidentlə bərabərtərəfli siyasi statusda olan şəxs qismində götenmək istəyi təəccüb doğirur.

Onu da bildirək ki deputatın həyat yoldaşı bir müddət öncə Yekaterina Həsən Moldovada cərimələnib. Bu hadisə, millət vəkilinin özünün də qarışdığı uzun və qaranlıq məsələlələrdəndi.Azərbaycanın Milli Məclisinin Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada 1500 lei (təxminən 89 ABŞ dolları) məbləğində cərimələnib. Bununla bağlı yerli mediada yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, xanım Vael Almariyə hücum etdiyinə görə ittiham olunub. Bu, Yekaterinanın hazırkı nikaha daxil olmazdan əvvəl münasibətdə olduğu, qızı Malikanın atasıdır. Uzun sürən məhkəmə baxışının davam etdiyi hadisə, 25 oktyabr 2019-cu ildə baş verib. Həmin gün qəyyumluq komissiyası atanın uşaqla görüşlərinin cədvəli məsələsini həll edirdi. Cədvəl Yekaterinanı qane etmədi və o, hisslərini cilovlaya bilməyərək, yumruqları ilə Vaelə hücum cəkdi. Polis Millət vəkili Ramil Həsənin özünü idarə edə bilməyən həyat yoldaşına qarşı cərimə tətbiq etdi. İstintaq Kişinyov apelyasiya palatasınadək çatdı ki, orada 8 iyul 2020-ci ildə Yekaterina Həsənin qanunu pozduğu təsdiq edildi və onun üçün təyin edilmiş cəza qüvvədə saxlanıldı.

Yekaterina Həsən uzun müddətdir ki, qanunla yola getmir. Və millət vəkili olan həyat yoldaşı bu işdə ona dəstək olur. Yekaterina Apellyasiya palatasında keçirilmiş dinləmələrdə iştirak etmirdi. Hələ fevral ayında o, Vael Almari ilə birgə qızı malikanı qaçıraraq Moldovadan Azərbaycana gəldi. Məhz qaçırma yolu ilə, çünki məhkəmə uşağın ölkə hüdudlarından kənara çıxarılmasını hər iki valideynin razılığı olmadan qadağan etmişdi və ata razılığını verməmişdir. Millət vəkili Ramil Həsənin bu xoşagəlməz hadisə ilə nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Mövcud məlumata əsasən, məhz o, malikanı ölkədən çıxarıb. Diplomatik toxunulmazlıq adı altında Ramil Həsən uşağı Moldova hakimiyyəti tərəfindən nəzarət olunmayan separatçı Dnestryanı bölgəsinə çatdırdı, oradan onlar Ukraynaya getdi və sonra Bakıya doğru uçdu. Bu hadisə üzrə polis, 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan “Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması” barədə CM-nin 207-ci maddəsi ilə cinayət işi açıb.

Məsələ ilə bağlı cumhuriyyet.az onu da bildirir ki, Ramil Həsənli və hazırkı həyat yoldaşı Yekaterina Moldovadan Ukraynaya konstitusiya orqanları tərəfindən nəzarət olunmayan Dnestryanı ərazi vasitəsilə qaçıb. Onlar Yekaterinanın beş yaşlı qızını qanunsuz olaraq özləri ilə aparıblar. Buna səbəb Kişinyov Apelyasiya Məhkəməsinin qərarı olub. Hakimlər qərar verib: qız atası ilə yaşamalıdır. Məlumdur ki, cütlük Bakıda Moldova ədalət məhkəməsindən gizlənir. Həmçinin məlum olub ki, qız əvvəllər Dnestryanı ərazisindən keçirilərək bir neçə dəfə Moldovadan gizli şəkildə çıxarılıb. Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinə edilən sorğuya verilən rəsmi cavab da sübut edir. Bu vaxt, məhkəmə, atanın xeyrinə qərar verilməmişdən əvvəl, uşağın onun razılığı olmadan ölkədən çıxarılmasına qadağa qoyub. Məlumdur ki, beş yaşlı qız müstəqil şəkildə xaricə gedə bilməz. Qeyri-rəsmi məlumatlara görə, Ramil Həsən uşağın Moldovadan qeyri-qanuni aparılmasını ört-basdır etmək üçün dəfələrlə diplomatik pasportdan istifadə edib. Qeyd edək ki, bir neçə həftə əvvəl azərbaycanlı deputat şübhəli əmək haqqı sənədi ilə qalmaqala qarışmışdı. Ramil Həsənin məhkəməyə təqdim etdiyi sənəddə onun beynəlxalq biznesin inkişafı üçün çalışdığı və Bakıda yerləşən Etna Group şirkətinin icra komitəsinin üzvü olduğu və 11 min dollar maaş aldığı bildirilib. Qarşı tərəfin nümayəndələri Ramil Həsənin çox güman ki, Moldova ədalət məhkəməsini aldatdığı və ya əksinə Azərbaycanda vergi ödəməkdən yayınması ilə bağlı arqumentlər təqdim edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.