"Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla (David Tonoyanı nəzərdə tutur) İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər.."

23-09-2020, 17:38           
"Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla (David Tonoyanı nəzərdə tutur) İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər.."
Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbrsizliklə gözləyir” fikirlərinə münasibət bildirib.

Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir:

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinə cavab verib. Modern.az-ın məlumatına görə, Q.Həsənquliyev deyib:

“Bilmirəm açıqlamanı kim və kimin tapşırığı ilə verib. Yaxşı olardı ki, onlar müharibə qanunlarını öyrənsinlər. Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən. Paşinyanın arvadı əli avtomatlı, hərbi formada mənim ölkəmə işğalçı kimi gəlibsə, onu ya öldürməli, ya da əsir götürməliyik. Müdafiə Nazirliyinin açıqlama verən o xanımı və ya kişi cinsindən olan təmsilçisi desin görək onlar müharibə başlayacağı təqdirdə nə edəcəklər? İkincisi, düşməni əsir götürmək öldürməkdən daha humanist addımdır. Həmçinin desinlər görək düşməni əsir götürməkdə mənəvi dəyərlərə zidd olan nədir? Görünür bu açıqlamanı verənlər mənim açıqlamama öz mənəviyyatlarına uyğun yanaşıblar. Yaxşı olardı siyasi məsələlərlə məşğul olmaq əvəzinə güclü ordu qurmaqla məşğul olsunlar. Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla (David Tonoyanı nəzərdə tutur) İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər daha yaxşı olardı. Yadlarına salım ki, 2020-ci ilin iyulunda ermənilər Tovuza hücum etmişdilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.