İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
24-09-2020, 10:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.