Prezidentdən Əli Həsənovla bağlı SƏRƏNCAM

24-09-2020, 17:44           
Prezidentdən Əli Həsənovla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, Ə.Həsənov "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri, professordur












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.