Dədənizi gordan xortlatmayın...

26-09-2020, 11:23           
Dədənizi gordan xortlatmayın...
Neçə vaxtdır istəyirəm bunu yazım. Bu günə nəsibmiş. Ölkədə araşdırma getdiyi çox aydındır. Sən kimin adamısan? Kimin adamı olmağın sənin taleyini ciddi şəkildə həll edir.
Maraqlı olan bu ki, indi həmin sualı verən qardaşlarımız da elə o sestemin məhsuludur. Yoxsa ən azından media sektoru üçün bu sual verilməzdi. Qaldı özlərinə, diqqət edirəm, o qəlibdən çıxmağa çalışsalar da hələ ki, alınan nəsə yoxdur. Niyə? Çünki heç kimin yox, gerçəkdən dövlətin adamı olanlar ortalıqdadır.
Qayıdaq bir məsələyə, Sərdar Cəlaloğlu və nemətdən başqa hər şey olan Nemət Pənahlının efirdən dədə söyüşməsinə. Ikisi də olduğu və çalışdığı düşərgəni danır. Məsələn, biri çox savadlı olsa da deyir mən, Ramiz Mehtiyevi ömrü boyu söymüşəm, ki, bunu ancaq bir güc, o da R.Mehtiyevin özünün razılaşması ilə radikallar edib. Istefasından sonra o da radikalları tərifləməklə qarşılıq verdi. Vəssalam!
Gələk Əli Həsənova adamlar var elə danışır, elə yazır ki, elə bil Ə.Həsənovun xanımı ilə yol yoldaşlığını, şopinqi mən eləmişəm qol-qola girib.
Bir adamda cəsarət və ürək yoxdur ki, qalxa ayağa bu dövlət üçün belə bir yaxşılıq edə, deyə ki, cənabi-möhrətəm, sayğıdəyər dövlət başçı, ayrı-ayrı adamlar, ailələr xaric, məsələn Məhərrəm, Adil Əliyev qardaşları, ölkədə, demək olar hər kəs bu iki siyasətçi, dövlət xadimindən qorxub, çəkinib, hətta iş üçün ona yalvarıb, minnətçi düşüb, ricada bulunub. Bu məmləkətdə sistemi elə qurublar ki, ölkənin ideolojisi də, informasiya siyasəti də ikisinin əlində olub.
Sual oluna bilər ki, ölkə bu məngənədən çıxmaq üçün bizə nə lazımdır? Deyərdim doxsanların media siyasətini götürüb, onun daha müasir formatını işləmək.
Yəni kim Əli Həsənov, kim Ramiz Mehtiyev adamıdır bu gün bu sual olmamalıdır. Çünki biz doğurdan batırıq və hamı bir gəmidədir.
Gələk ora ki yenilənirik. Amma unuduruq, bu gün onların olmayan kadrlar belə onlarındır. Çünki o sistemdə böyüyüb, təhsil alıb, yetişiblər. Yəni ölkədə başqa ideoloji xətt olmayıb. O üzdən indi o kurs tərpədilə bilmir, ideolojidə dəyişiklik duyulmur. Ölkədə hamı mühasibat işi ilə və bir-birinin dədəsinə söyməklə məşğuldur.
Dönək media məsələsinə. Məmləkətdə aşağı yuxarı bir media mənsubu belə yoxdur ki, nə zamansa Ə.Həsənovun əli ona dəyməsin. Hə, olar kimsə deyər, mən ilk gündən, Əli müəllimin yəni qılıncının qəbzəsinin də kəsdiyi vaxt söz demişəm. Demisəm, amma bir də ona qədər olan dönəminə bax deyərəm, yəüin ki, susar...
Yəni hər kəsə bir toxunuşları, hansısa formatda olub. Amma və lakin, bir məmləkət mediatik adam buna görə sorğuya alınmamalı. Ölən dədələrini gordan çıxarıb and içməyə məcbur qalmamalıdır deyə düşünürəm.
Bir də o dədələrini xortladanlara sözüm var. Yadınızda və qulağınızda qalsın. Kimsə ilə nə yaxın olacaqsan, nə uzaq. Sadəcə işini görəcəksən, gücün yetdiyi yerəcən dövlətinin yanında duracaqsan. Onu qorumağa çalışacaqsan. Olar ki, ehtiyacların çoxalar, kimlərdənsə sənə daş atılar, haralardasa gözlədən salmağa çalışarlar səni, dövlətinə görə söyülərsən, kiminsə adamı olman araşdırılar, amma yenə ortaya bir zad çıxmaz, sıxılma. Çünki bu çətin olanı sən özün seçmisən, şərəflə yaşamağı yəni. Şərəf hər zaman ən bahalı olandır insanda. Onu səndən həmişə və mütləq ucuza almaq istəyəcəklər. Nəfsini ud, şərəfini satma. Satma ki, illər sonra da dədəni goordan xortlatmağa ehtiyac qalmasın.
And içsən də deyəsən ki, dədəmin goru, dövlətimdən yanayam. Brləcə dədinin ruhu şad, sənin də canın rahat, vəssalam, ay alverçilər, vəssalam!..
Jalə Mütəllimova
26.09.2020.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.