"siz biçarələrə deyəndə ki, sizin Gömrük orqanının fəlsəfəsindən xəbəriniz yoxdur "- Natiq Cəfərli

27-09-2020, 00:00           
"siz biçarələrə deyəndə ki, sizin Gömrük orqanının fəlsəfəsindən xəbəriniz yoxdur "- Natiq Cəfərli
Hörmətli Gömrük Komitəsi, əziz məlum kənd əhli, tutalım, İstanbuldan lap elə 4 köynək almışam, niyyətim də bunun 3-nü dostlarıma hədiyyə etməkdir - bundan sizə nə?! Əliaçıq, dostcanlı oğlanam, sonra?!
Teref.az xəbər verir ki, bunu Natiq Cəfərli öz statusunda yazıb.
Daha sonra Natiq Cəfərli yazır, siz biçarələrə deyəndə ki, sizin Gömrük orqanının fəlsəfəsindən xəbəriniz yoxdur - inciyirsiz, ordan-burdan xəbər göndərirsiz ki, bu Cəfərli nə istəyir e bizdən?!
Canınıza .... sağlıq istəyirəm, sizi başa salana qədər yazacam, danışacam, siz nə vaxtdan din xadimi olduz ki, insanların niyyətini də sorğulamağa başladız?!
Elə bilirsiz ki, o dünyada da qapıda sizi qoyib camaatı yoxladacaqlar?!
Nə bilim ala, orqan deyil e, multfilmdi...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.