Prezident qaçqın və məcburi köçkünlərdən danışdı

29-09-2020, 19:09           
Prezident qaçqın və məcburi köçkünlərdən danışdı
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edən zaman deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görüb:

“Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.