NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

20-10-2020, 00:17           
NATO-da Qarabağ müzakirə edildi:
“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”.

Teref.az xəbər verir ki, bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksandrs Kirşteyns qurumun veb-seminarında bəyan edib. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb: “Bu sammitdə iştirak edən və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisində olduğu müddətdə münaqişənin həll oluna bilməyəcəyini açıq şəkildə söyləyən Azərbaycan təmsilçisini tam dəstəkləyirəm. Əsas odur ki, bütün bunlar Azərbaycan ərazisində baş verir”.

NATO-da təmsil olunan millət vəkili daha sonra bildirib:

“Erməni silahlı birləşmələri oradan çıxmalıdır. Hətta müəyyən ediləcək cədvələ görə. Əks təqdirdə, Ermənistanın mövqeyi heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu, Azərbaycan təmsilçisinin baxış nöqtəsidir və Latviya tərəfinin NATO-dakı mövqeyi buna zidd deyil. Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.

Millət vəkili Ermənistanın Azərbaycanın əhalisi ən çox olan ikinci şəhəri olan Gəncə şəhərində mülki şəxslərə raket zərbələri endirməsinə də münasibət bildirib: “Ermənistan bununla da Azərbaycan Ordusunun Dağlıq Qarabağın baş şəhəri Xankəndinə yaxınlaşmasını təxirə salmağa çalışır. Dünən xəritəyə baxdım və Azərbaycan ordusunun xeyli irəlilədiyini və Xankəndinin yaxınlığında yerləşdiyini anladım. Ermənistandan dinc bir şəhərin atəşə tutulması ümidsizliyin bir addımı idi.

Hər halda, əslində mənim baxışım budur ki, Ermənistan silahlı qüvvələrini tamamilə geri çəkməyə və bütün hücumları dayandırmağa hazır olmalıdır. Ermənilər qoşunlarını geri çəkməkdən imtina etsələr, bu müharibənin danışıqlar yolu ilə necə dayandırılacağını təsəvvür edə bilmirəm. Ermənistan işğal olunmuş əraziləri tərk etməli, sonra da Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.

Hərbi əməliyyatların mülki əhalinin ölümünə səbəb olacağı aydındır. Və bu yolverilməzdir. Çox güman ki, müharibə Ermənistanın Dağlıq Qarabağın Azərbaycan daxilindəki yüksək muxtar statusuna razı olana qədər davam edəcək.

Minsk Qrupunun 30 ildir bu münaqişəni həll edə bilmədiyi barədə fikirləri bölüşürəm. Avropa Birliyi bunun üçün heç bir şey etməyib”. /Haqqın.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.