İsmayıllıda süni qiymət artımının qarşısını alan tədbirlər

25-01-2016, 18:37           
İsmayıllıda süni qiymət artımının qarşısını alan tədbirlər
Süni qiymət artımının qarşısını alan tədbirlər
İsmayıllı rayon icra hakimiyəti başçısının sərəncamı ilə istehlak bazarına nəzarət və qiymətləri tənzimləmək üzrə rayon komissiyası yaradılıb. Həmin məqsədlə hər bir inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bu adla ictimai komissiyalar fəaliyyət göstərir. Nəticə olaraq qeyd edilməlidir ki, manatın devalvasiyasından sonra heç bir inzibati ərazidə süni qiymət artımına, istehlakçıların hüquqlarının pozulması hallarına, əhalidə narazılıq yarada biləcək digər nöqsanlara yol verilməyib. Bu məsələlərdə rayon icra hakimiyyəti rəhbərliyinin həyata keçirdiyi iqtisadi tədbirlər daha çox əhəmiyyət kəsb edir.
Həftədə bir dəfə “Yaşıl market”də kənd təsərrüfatı satış-yarmarkası təşkil olunur. Son belə yarmarka 24 yanvar 2016-cı il tarixdə keçirilib. Yarmarkada fermerlər, quşçuluq müəssisələri, N.Nikitin adına kolxoz,pendir istehsalçıları iştirak ediblər.Ət,yumurta, toyuq əti, süd və süd məhsulları, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətlə təklif olunub.
Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə saxlanmış İvanovkadakı N.Nikitin adına kolxoz şəhərin M.F.Axunzadə küçəsində firma mağazası açıb. Burada süd,yağ, xama,pendir,günəbaxan yağı, buğda,noxud , günəbaxan və digər kənd təsərrüfatı məhsulları satılır.Məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətlə təklif olunur.Rayon icra hakimiyyəti də öz növbəsində xidmətin nümunəvi təşkili üçün kolxoza lazımi köməkliklər göstərir.
Dükanları olmayan, qış aylarında gediş-gəlişi çətinləşən ucqar dağ kəndlərinə rayon icra hakimiyyətinin nəqliyyat dəstəyi ilə ərzaq, xüsusilə un və un məmulatları aparılır. Qiymətdə də heç bir artıma yol verilmir.Rayon mərkəzində olan qiymət coğrafi mövqeyindən asılı olmayaraq hər bir yaşayış məntəqəsi üçün eynidir.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.