Putinin dedikləri, isti-isti...

22-10-2020, 21:41           
Putinin dedikləri, isti-isti...
Putinin Valday Klubundakı çıxışı davam edir, maraqlı söhbətlər var, amma bizi, təbii ki, Qarabağ məsələsi ilə bağlı fikirləri maraqlı idi. Hələki sual-cavab davam edir, izləyərək postu yazıram:
Teref.az xəbər verir ki, bunu ReAl fəalı, politoloq Natiq Cəfərli yazır. Natiq bəy daha sonra yazır:?
1) Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağla bağlı sualları (hələlik 2 sual olub) xarici iştirakçılar verdi - Rusiya təmsilçiləri bu mövzuya girmədi, halbuki zalda erməni əsilli ekspertlər də var - bu maraqlı nüansdır,
2) Putin əslində dedi ki, hələlik münaqişədə tərəf deyilik, çünki Ermənistanla strateji, Azərbaycanla isə dost münasibətlərimiz var,
3) Ən vacib məqam: Dedi ki, Azərbaycan torpaqları daim işğalda qala bilməz,
4) Putin Sumqayıtda və Qarabağda ermənilərim öldürüldüyünü dedi, amma nə Xocalını, nə də bu günlərdə olan Gəncə faciəsini yada salmadı, hətta 1915-ci hadisələrini də xatırlatdı - məncə, yaxşı mesaj deyildi, amma Putin erməni xalqına mesaj verdi ki, söhbət sizdən getmir, xalq olaraq xristian xalqını sevirik, amma rəhbərinizlə problemimiz var,
5) Türkiyə haqqında, Erdoğan haqqında pozitiv danışdı, amma "qırmızı cizgilərin" olduğunu da gizlətmədi - görünən odur ki, Kreml Türkiyəni NATO dan qoparmaq istəyini gizlətmir, buna nail olacağını düşünür - bu düşüncə bizə sərf edir, amma mən Türkiyənin NATO dan, Qərbdən qopacağını düşünmürəm.
Çıxardığım nəticə: Putin, hələ ki, qarışmaq istəmir, hələ Ermənistanda məqsədinə çatmayıb, Kreml 7 rayonun tam azad olunmasına qarlşmayacaq, amma Xankəndinın tam təslim olmasına da, deyəsən, imkan vermək istəmirlər.
Ümumi götürsək Putinin çıxışı bizə qarşı deyili, görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır, "Krım naş" dalğasında baxır məsələyə. Bir sözlə, təmizliyə davam, yaxşıdı hər şey!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.