"Bir yandan Nikol Paşinyan sülh istədiyini söyləyir, digər tərəfdən isə..." - NƏ ETMƏLİ?

29-09-2022, 19:25           
"Bir yandan Nikol Paşinyan sülh istədiyini söyləyir, digər tərəfdən isə..." -
" Regionda vəziyyət olduqca gərgindir. Sərhəddə ermənilər atəşkəsi mütəmadi olaraq pozur. Ermənistan tərəfinin qeyri-qanuni addımları tükənmək bilmir".
TEREF.AZ xəbər verir ki, bu fikirləri "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.

Ekspert bildirib ki, bir yandan baş nazir Nikol Paşinyan sülh istədiyini söyləyir, digər tərəfdən isə Ermənistan silahlıları ərazilərimizi atəşə tutur:

"Paşinyan Ermənistanda güc toplamalıdır. Sonra Azərbaycanla danışıqlar prosesində uğur əldə olunması gözləniləndir. Hazırda danışıqlardan nəticə çıxacağı inandırıcı görünmür. 4 Brüssel görüşündə real iş əldə edilmədisə, qeyri-konstruktiv addımların effekt verəcəyini düşünmürəm. Fransa, Rusiya, hətta ABŞ da Ermənistanın maraqlarına uyğun addım ata bilər. Lakin regionda əsas öz sahibi Azərbaycandır. Öncə Azərbaycanın fikirləri nəzərə alınmalıdır. Paralel şəkildə regionda sülh və sabitliyin təmininə dəstək verməlidilər".

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 6-da əlində sülh müqaviləsinin mətninin ilkin variantı ilə Praqaya (Çexiya) yola düşəcək.

Ermənistanın “Past” nəşrinin yaydığı məlumata görə, sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsas diqqət sülh müqaviləsi mətninin layihəsinə yönəldilib.
A.Qriqoryan və H.Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.