Yanan binalara üzlük çəkən firmanın sahibi Hacıbala Abutalıbovun qohumu çıxdı

20-05-2015, 23:49           
Yanan binalara üzlük çəkən firmanın sahibi Hacıbala Abutalıbovun qohumu çıxdı
16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümünə səbəb olmuş bugünki yanğınla əlaqədar hakimiyyət yeni qurbanların olmaması üçün tədbirlər görür. Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, Bakıda 800-ə yaxın yaşayış binası belə “alışan” üzləmə materialı ilə üzlənib. Üzləmə dörd növdədir və onlar hamısı bu və ya digər temperaturda yanır.

Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb.

Birinci mərtəbələrdən yuxarıda üzləmənin demontajı daha sonra – Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcək.

İstintaq orqanları binaların məhz bu materiallarla üzlənməsinə kimin və necə icazə verdiyinin araşdırılması ilə məşğul olacaq. Təqsirkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Yanğının səbəblərinə gəlincə, üzləmə materialının hazırki və bundan əvvəlki alışmasında diversiya versiyası az ehtimal olunur. İstənilən halda, baş prokurorun yanğının səbəbinin keyfiyyətsiz üzləmə materialı olması haqqında bəyanatı çox şeydən xəbər verir.

Bu işlər “Global Construction” şirkəti tərəfindən həyata keçirilib. Üzləmə materialının tədarükçüsü hələki məlum deyil. Bəzi məlumatlara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı idi.

Lakin ən maraqlısı odur ki, bu şirkət kimə məxsusdur? Məlumatlı mənbənin sözlərinə görə, firmanın sahibi Azərbaycanın çox yüksək vəzifəli məmurunun kürəkənidir.

Belə hallarda çox vaxt olduğu kimi, firma sahibləri dərhal təsisçiləri dəyişir və məsuliyyətdən qaçır. Buna görə, bu halda ölkənin ali rəhbərliyinin necə davranacağı maraqlıdır – baş verənlərə prinsipial qiymət vermək istəyəcək, yoxsa “hədəfi” tapacaq? Bu sualın cavabı yaxın gələcəkdə aydın olacaq.

16 mərtəbəli binada yanğınla əlaqədar “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, bu firma həmin binada keyfiyyətsiz materiallardan istifadə etməklə üzləmə işləri həyata keçirilib. Mahmudov öz səlahiyyətlərindən lazımi şəkildə istifadə etməməkdə ittiham olunur.

“AzPolitika”nın yazdığına görə isə, Bakı şəhərinə bu cür keyfiyyətsiz üzləmə materiallarını Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkəni, Suraxanı rayon YAP-ın sədri, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Seyidova məxsus firma həyata keçirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.