Kaş həmin günü mən də yanaydım, ancaq bütün həyatım boyu davam edəcək qəlbimdəki bu alovun ağrısını hiss etməyəydim…

21-05-2015, 12:09           
Kaş həmin günü mən də yanaydım, ancaq bütün həyatım boyu davam edəcək qəlbimdəki bu alovun ağrısını hiss etməyəydim…
teref.az DİA.AZ istinadən xəbər verir ki, Mayın 19-da Bakıda baş verən dəhşətli yanğında dünyasını dəyişən balaca Fərəhin anası Minval.az-a danışıb. Həmin söhbəti olduğu kimi təqdim edirik:

Gözlərimi açanda palatanın bir başından o biri başına tibb bacıları qaçışırdı. Başıımın üzərində isə sistem asılmışdı. Gücümü toplayıb, yalnızca bir söz deyə bildim: Fərəh

Bu an tibb bacılarından biri mənə yaxınlaşaraq qışqırdı: «Həkim, o, özünə gəldi». Bir neçə saniyədən sonra mən yenə soruşdum: «Hanı mənim qızım? Hanı mənim Fərəhim?»

Cavabı eşitməyib, mən bütün palata boyu qışqırmağa başladım. Lakin mənə yenidən sakitləşdirici vurdular və yuxuya getdim… Bir neçə saatdan sonra ayıldım və yanımda dayanan həyat yoldaşımı gördüm. O, əlimdən tutmuşdu. Özü bütün yanıq yaraları içində idi. Gözlərində yaş dolmuşdu və sakitcə mənə baxırdı.

- Hər şey qaydasındadır? – deyə soruşdu.

- Yalvarıram sənə, qızımı yanıma gətir.

- Narahat olma, onda hər şey yaxşıdır. Sadəcə gücsüz düşüb və şirin yuxuya gedib.

O, bu sözləri dedikdən sonra, üzünü çevirdi və dərhal otaqdan çıxdı. Görünür istəmirdi ki, mən onun acı göz yaşlarını görüm.
Artıq gecə həkim özümə gəldiyimi görüm, bu dəhşətli yanğında mənim eyni anda iki övladımı itirdiyimi dedi: 3 yaşlı Fərəhi və hələ dünyaya göz açmamış körpəmi…

Bu andan etibarən mən yanğında aldığım yaralarımdakı göynərtini hiss etməməyə başladım. Daxilimdə elə bir yanğın başladı ki, artıq onu heç kim və heç nə söndürmək gücündə deyil. Düşünürəm ki, bu həyatda artıq heç nə mənə o günkü qədər acı yaşada bilməz. Kaş həmin günü mən də yanaydım, ancaq bütün həyatım boyu davam edəcək qəlbimdəki bu alovun ağrısını hiss etməyəydim…

Qeyd edək ki, Məhərrəmova Fərəh Elnur qızı Xaçmazda dəfn olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.