Daha bir TSEK sədri həbs oluna bilər - İTTİHAM VAR

9-04-2015, 10:56           
Daha bir TSEK sədri həbs oluna bilər - İTTİHAM VAR
İnsaf naminə qeyd etmək lazımdır ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbər təyin olunandan sonra bu sahədə xeyli iş görüb. Səlim müəllim köhnə nazirin vaxtında vəzifə tutan bəzi şəxsləri işdən kənarlaşdırmaqla, həmçinin işinə qazanc mənbəyi kimi baxan insanları cəzalandırmaqla necə islahatçı olduğunu göstərdi.

Sirr deyil ki, Səlim Müslümovun gəlişindən sonra əmək və əhalinin sosial müdafiəsi sahəsində korrupsiya halları əhəmiyyətli dərəcədə səngiyib. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi qurumlarda neqativ hallar hələ də qalır. Qəzetimizin əvvəlki saylarında 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) cərəyan edən qanun pozuntuları və sədr Füzuli Bağırovun əlillik dərəcəsi almaq istəyən vətəndaşları əsassız yerə incitməsi barədə xəbər vermişdik. Təəssüf ki, komissiya sədri hələ də yazdıqlarımızdan bir nəticə çıxarmayıb. Məlumat üçün qısaca qeyd edək ki, 35 saylı TSEK Salyan və Neftçala rayonlarının əhalisinə xidmət göstərir. Adıçəkilən rayonlarda radikal müxalifətçi kimi tanınan Füzuli Bağırov bu vəzifəyə ötən il təyin olunub. Mətbuatda yayılan məlumatlardan da aydın olur ki, 35 saylı TSEK-in sədri Səlim Müslümovun etimadını doğrulda bilmir, üstəlik bu azmış kimi keçmiş siyasi ideyaları, başqa sözlə desək, müxalifətlə bağlı olan fikirləri ətrafında müzakirələr aparmaqdadır. Dünən mötəbər mənbələrdən TSEK sədrinin fəaliyyətindəki ciqqi nöqsanlarla bağlı yeni məlumatlar əldə etmişik. Adının məxfi qalmasını xahiş edən mənbə həmçinin Füzuli Bağırovun bu ilin dekabr-yanvar aylarında saxta yollarla əlillik dərəcəsi verdiyi vətəndaşların siyahısını da redaksiyamıza təqdim edib: "35 saylı TSEK-də vəziyyət gündən-günə daha da pisləşir. Salyan və Neftçala rayonlarının əhalisinin bir qismi hüquqları çatdığı halda, əlillik dərəcəsi ala bilmirlər. Yüzlərlə insan var ki, fiziki problemləri mövcuddur və onlara əlillik dərəcəsi verilməlidir. Amma komissiya sədri bu insanların sənədlərinə baxmır. Çünki vətəndaşların yetərli hissəsi sədrə rüşvət vermək istəmirlər. Sədrin "tələb"lərini tam şəkildə yerinə yetirən sağlam insanlar isə saxta əlillik dərəcəsi alırlar. Füzuli Bağırov bu ilin dekabr-yanvar aylarında neçə-neçə insana qanunsuz yollarla əlillik dərəcəsi müəyyən edib. O Salyan və Neftçala rayonlarında kağız üzərində adı olan, amma faktiki fəaliyyət göstərməyən tibb ocaqlarından əlillik dərəcəsi verdiyi şəxslərə saxta arayışlar almaqla qanunları kobud surətdə pozub. Sizə adlarını çəkəcəyim şəxslərin heç biri xəstəxana üzü görməyib və onların xəstəliyi filan yoxdur. Sadəcə olaraq, sədrə nəysə vedrikləri üçün əlillik dərəcəsi ala biliblər. Füzuli Bağırov tərəfindən bu ilin dekabr-yanvar aylarında saxta əlillik dərəcəsi verilmiş şəxslər isə bunlardır:

Axundov Nizami İmran oğlu,

Sadıqova Nübar Soltan qızı,

Abbasova Rahilə Əlifağa qızı,

Hüseynova Təranə Cəlal qızı,

Əhmədov Musa Təvəkkül oğlu,

Kərimov Yadigar Tapdıq oğlu,

Məmmədov Bahadur Məmməd oğlu,

Hüseynova Arzu Abdulla qızı,

Axundova Zeynəb Səməd qızı,

Qarayev Xilqət Şakir oğlu,

Ağayev Məhəbbət Böyükağa oğlu,

Abbasova Gülarə Əlihüseyn qızı,

Tağıyeva Fəridə Xanbaba qızı,

Ağalarov Mansur Mədət oğlu,

Aslanova Safurə Həsən qızı,

Mehdiyeva Rahilə Möhsüm qızı,

Ələkbərova Gülnarə Bayram qızı,

Hüseynova Sevinc Bilal qızı,

Ağayeva Fərqanə Fərhad qızı,

Fərziyev Vurğun Nuruş oğlu,

Hüseynov Əliağa İsmayılpaşa oğlu,

Əkbərov Rafət Böyükkişi oğlu,

Dadaşova Zemfira Kərim qızı,

Məmmədov Allahqulu Rza oğlu,

Qasımova Elmira Həmdulla qızı,

Kərimova Məhbubə Kərim qızı,

Xudaverdiyeva Lalə İbadulla qızı,

Məlikov Rafiq Sayad oğlu,

Mirzəyev Azər Ənvər oğlu,

Əhmədov Rabil Nazim oğlu,

Paşayeva Zərqələm,

Orucov İsmayıl Ramiz oğlu,

Süleymanov Xəyal Əvəzağa oğlu,

Cəfərov Malik Mikayıl oğlu".

Qeyd edək ki, müvafiq qanunlara görə, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlillik statusu əldə edə bilər. Mənbəmiz isə vurğulayır ki, siyahıda adı qeyd olunan şəxslər heç bir xəstəliyi, fiziki qüsuru olmasa da, əlillik statusu alıb: "Bildiyiniz kimi, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Həqiqi əlillər bir kənarda qalıb, amma Füzuli Bağırov sağlamlığında heç bir problem olmayan insanlara əlillik dərəcəsi müəyyən edir. Bundan böyük cinayət ola bilər? TSEK sədrinin qanunsuz yollarla əlil etdiyi şəxslərin arasında müxalifət partiyalarının üzvləri üstünlük təşkil edir. Bu isə Füzuli Bağırovun müxalifətə olan sevgisindən qaynaqlanır. Sədr bu yolla dövlətin büdcəsinə ziyan vurur və öz aləmində iqtidardan qisas alır. Deyəsən, o komissiya sədri təyin olunana qədər indiki iqtidarın əleyhinə səsləndirdiyi radikal fikirləri yaddan çıxarıb. Vaxt var idi bu adam yuxarıların ünvanına kəskin ittihamlar səsləndirirdi, amma indi özünü iqtidarı sevən biri kimi göstərməyə çalışır. 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı Füzuli Bağırov Salyan və Neftçala rayonlarının əhalisi arasında hazırkı hökumətin üzvlərinin əleyhinə təbliğat aparırdı. Amma o istəyinə çata bilmədi. Çünki xalq hər şeyi yaxşı görür və təhlil edir. Əhalinin böyük hissəsi Səlim Müslümovun həyata keçirdiyi islahatları bəyənir, bu işdə ona dəstək olur. Bizi narahat edən Füzuli Bağırovun 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasına rəhbərlik etməsidir. Cənab nazir bilməlidir ki, bu adam işinin öhdəsindən layiqincə gələ bilmir. Nazirliyin əməkdaşları Füzuli Bağırovun vəzifəyə təyin edilən vaxtdan bu günə kimi olan fəaliyyətini araşdırsalar, dəhşətə gələrlər. Belə ki, TSEK sədri maddi maraqlarının təmin olunması müqabilində onlarla insana qeyri-qanuni şəkildə əlillik statusu müəyyən edib. Əlillik barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi kompensator mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma imkanları, müxtəlif növ sosial yardıma ehtiyac olması, konkret əmək şəraiti və işinin mahiyyəti, peşə hazırlığı, yaşı və s. nəzərə alınır. Füzuli müəllim isə bu tələblərin heç birinə əməl etmir. 35 saylı TSEK-in sədri əksər hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Artıq Salyan və Neftçala camaatının əsəbləri tarıma çəkilib. Komissiya sədri özbaşına əməllərinə son qoymasa, çoxlu sayda narazı vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb, nazir Səlim Müslümovdan kömək istəyəcək". Onu da qeyd etmək lazımdır ki, Səlim Müslümovun gəlişindən sonra ƏƏSMN-in mətbuatla münasibətləri də qaydaya düşüb. Nazir sağ olsun, əksər hallarda mətbuatın qabartdığı problemlərlə maraqlanır və zəruri tədbirlər görür. Əslində, belə də olmalıdır. Ona görə ki, xalqımızın ümummilli lideri, rəhmətlik Heydər Əliyev "Mətbuat cəmiyyətin güzgüsüdür" deyirdi. Ulu öndəri söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Heydər Əliyev sağlığında həmişə bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı olan İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiqi buna əyani sübutdur. Bu məqamı xatırlatmaqda məqsədimiz odur ki, nazirlər, icra başçıları, komitə sədrləri və digər vəzifəli şəxslər rəhbərlik etdikləri sahədə mövcud olan problemlərin mətbuatda işıqlandırılmasını aqressiv qarşılamamalıdır. Əksinə, onlar mətbuatın bu yardımından istifadə etməklə yazılan məsələləri incəliklə araşdırmalı və işinin öhdəsindən gələ bilməyən şəxsləri cəzalandırmalıdır. Biz inanmaq istərdik ki, cənab general Səlim Müslümov Salyan və Neftçalada radikal müxalifətçi kimi tanınan 35 saylı TSEK-in sədri Füzuli Bağırovun həyata keçirdiyi qeyri-qanuni işlərin qarşısını alacaq və onun yerinə işini sevən birini təyin edəcək.

Qəzet çapa hazırlanarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 30 saylı Biləsuvar-Cəlilabad zona Tibbi-Sosial Ekspert Komissiyasının sədri Xoşbəxt Ağayevanının həbs edilməsi barədə məlumat aldıq. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri cənab Eldar Sultanovun verdiyi məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 30 saylı Biləsuvar-Cəlilabad zona Tibbi-Sosial Ekspert Komissiyasında yoxlama aparıblar və korrupsiya hüquq pozuntuları ilə bağlı ciddi nöqsanlar aşkarlanıb, faktla bağlı cinayət işi başlanıb. Buna görə də komissiyanın sədri və bəzi vəzifəli şəxslərinin barəsində cinayət işi açılıb. Biz istərdik ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 35 saylı TSEK-də də yoxlama aparıb siyahıda adları qeyd olunan şəxslərin təkrar müayinəyə cəlb olunmasını təmin etsinlər. İnanırıq ki, yoxlama aparılsa, Füzuli Bağırov da Xoşbəxt Ağayevanın aqibətini yaşaya bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.