Pensiyaçılara «qara xəbər»: pulları 3 ay tutulma ilə veriləcək

13-04-2015, 23:06           
Pensiyaçılara «qara xəbər»: pulları 3 ay tutulma ilə veriləcək
«Olimpiada vergisi» bütün sahələrə sirayət etməyə başlayıb, vəziyyət kritikləşir

Azərbaycanda və Avropada ilk dəfə keçiriləcək Birinci Yay Oyunları artıq ölkə əhalisinin başının bəlasına çevrilməyə başlayıb. JAM.AZ xəbər verir ki, 8 milyard dollar vəsaitin xərclənəcəyi yarışdan qazanılacaq pulun həcmi isə məlum deyil. İlkin məlumatlar odur ki, Azərbaycan tərəfi bu yarışmalardan 100 milyon dollar qazanarsa, bunun özü də böyük işdir.

Keçək digər məsələlərə. JAM.AZ-a çatan məlumatlara görə, yay oyunları ilə əlaqədar artıq bütün iri büdcə təşkilatları hərəkətə keçiblər. Məsələn, yayda keçiriləcək yarışlarla əlaqədar müəllimlər, həkimlər və digər büdcədən maliyyələşən qurumların işçiləri 3 ay müddətinə əmək haqqı ala bilməyəcəklər. Düzdür, onların maaşları sonradan veriləcək. Amma bu ödənişin 50 faiz təşkil edəcəyi bildirilir.

Dünən isə daha bir xəbər yayılıb. Zaqataladan JAM.AZ-a verilən məlumata görə, bu dəfə pensiyaçıların pullarına göz dikilib. Bildirlir ki, DSMF-nin qərarına əsasən pensiyaçıların hər birindən ən azı 10 faiz pul tutulacaq. Amma bu rəqəm məbləğ artdıqca 40 faizə qədər yüsələcək. Rayon sakinləri deyirlər ki, Birinci Avropa Yay Oyunlarından sonra yenidən əvvəlik qaydada pensiyalar veriləcək. Amma bu üç ay ərzində necə dolanacaqları sual altındadır.

Məsələni dəqiqləşdirmək üçün DSMF ilə ələqa saxlamağa çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Amma qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.