Ağdamın icra başçısı JAM.AZ-ı məhkəməyə verdi

4-08-2015, 10:25           
Ağdamın icra başçısı JAM.AZ-ı məhkəməyə verdi
Raqub Məmmədov Fikrət Fəraməzoğlunun həbsini tələb edir, üzə durmağa isə adam yığır

Ağdamın icra başçısı Raqub Məmmədov haqqında yazdığımız tənqidi yazılara dözümsüzlük nümayiş etdirərək, açıqlama vermək əvəzinə, məhkəməyə müraciət edib. JAM.AZ xəbər verir ki, icra başçısı «Ağdamın icra başçısı kimidir?» başlıqlı yazıdan dolayı Masallı rayon Məhkəməsinə müraciət edərək, baş redaktor Fikrət Fəraməzoğlunun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Bu barədə baş redaktora dünən rayon Məhkəməsindən məlumat veriblər. Və məhkəmə prosesi avqustun 7-si saat 16:00-da başlayacaq.

Fəraməzoğlu bildirib ki, Raqub Məmmədovun təcili olaraq məhkəməyə müraciət etməsi, səbəbsiz deyil və o, haqqında yazılanları başqa şəkildə təkzib etdirə bilməməsindən irəli gəlir. Onun sözlərinə görə, Ağdamın icra başçısı hətta məhkəməyə üzə durmaq üçün onlarla «şahid» yığıb və onların əliylə şərləmə kampaniyası təşkil etməyə hazırlaşır. «Raqub Məmmədovun kimləri məhkəməyə göndərəcəyi və bu işləri kimlərin əliylə etdiyini yaxşı bilirik. Hətta iki həftə bundan əvvəl «mətbuatın baş obaxeysi»nin adamının da onun yanında olduğundan xəbərdarıq. Məhkəmə çəkişməsindən qətiyyən çəkinmirik. Buyursunlar, avqustun 7-si biz də onlara lazımi cavablarını verərik».

JAM.AZ-ın baş redaktoru onu da bildirib ki, avqustun 10-da daha bir yarımçıq qalmış məhkəmə prosesi keçiriləcək. O deyib ki, həmin gün Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.