Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı - Zakir Həsənovdan mühüm gediş...

14-08-2015, 11:50           
Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı - Zakir Həsənovdan mühüm gediş...
Son günlər müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında olduqca mühüm proseslərin getdiyi Azərbaycanın ordu sistemində islahatlar təkcə yeni silahlanma, kazarmaların, hospitalların, hərbi obyektlərin yenilənməsi ilə kifayətlənmir. Müharibə zərurətini açıq hiss edən Azərbaycan ordusunda həm də davamlı və ciddi kadr islahatları da həyata keçirilməkdədir.


DİA.AZ-a daxil olan məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi general mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov və Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi general mayor Mirzə Yarəhməd oğlu Almasov işlərində buraxdığı nöqsanlara görə vəzifələrindən azad olunublar.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifəsindən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

Onu da qeyd edək ki, bu məlumatı Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyə çalışırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.