Sığorta şirkəti rədd cavabı verdiyi vətəndaşa nədən 500 manat pul verməli oldu? - Rəsmən özbaşınalıqdır...

17-04-2015, 10:41           
Sığorta şirkəti rədd cavabı verdiyi vətəndaşa nədən 500 manat pul verməli oldu? - Rəsmən özbaşınalıqdır...
Ucar rayonu Koroğıu küçəsi ev 45 sakini Abdullayev Rauf Əli oğlu tərəfindən redaksiyamıza yenidən müraciət ünvanlanıb. ""Standartd İnsurance" Sığorta Şirkətinin saxtakarlığı təsdiq olundu" deyərək teref.azya bildirən narazı vətəndaş müraciətində daha sonra deyir:

"Üç gün öncə " Standard İnsurance" sığorta şirkətinin məni aldadıb sığorta pulumu verməməsi barədə mətbuatda şikayət müraciətim dərc edildikdən sonra sığorta şirkətindən mənə zəng edib dedilər ki, gəlin pulunuzu aparın avtomobilinizə dəymiş zərərə görə Sizə 1000( min ) manat pul veriləcək.Buna görə 15 apre 2015-ci il tarixdə Bakı şəhərinə " Standard İnsurance" sığorta şirkətinə getdim.Orada mənə dedikləri kimi Standard Bankın 28 May filialına gəldim mənə cəmi 500 manat pul verildi.Şirkətdən bunun niyə bu qədər az olmasını soruşduqda belə olmalıdır cavabını verdilər.Bu fakt "Standard İnsurance " sığorta şirkətinin saxtakarlığını, özbaşınalığını bir daha subut etdi.Çünki bu ilin yanvar ayında mənə göndərdikləri cavab məktubunda qeyd etmişdilər ki, qəza zamanı sahibi Abdullayeva Nailə Xəlil qızı avtomobildə olmadığı və sığorta şəhadətnaməsində sizin adınız qeyd edilmədiyi üçün sizə sığorta pulu düşmür. Bu fırıldaqçı, saxtakar sığorta şirkəti buna görə 4 ay məni süründürürdü.Mətbuatdakı müraciətimdən sonra mənim qanunu sığorta pulumu özümə yarımçıq ödədilər.Sual olunur bəs indi nə dəyişdi ki, mənə sığorta pulu ödədiniz ? Bu fakt onu deməyə tam əsas verir ki, "Standard İnsurance" sığorta şirkəti cinayət əməli ilə məşğul olub müştəriləri aldadıb pullarını mənimsəyir. Ancaq əslində mənə avto qəza zamanı dəymiş zərərin miqdarı 3000 (üç min) manatdır.Mənim 2500 manatımı "Standard İnsurance" sığorta şirkəti mənimsəmişdir . Onların bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 308, 313-cü maddələrinin tərkibini yaradır. Saxtakarlıqla vətəndaşların cibini soyub pullarını mənimsəyən "Standard İnsurance" sığorta şirkətinin cinayət əməlləri barədə orqanlara şikayət ərizəsi ilə müraciət edəcəyəm. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlətindən sui-istifadə edib saxtakarlıq yolu ilə vətəndaşları aldadıb pulunu mənimsəyən cinayətkar "Standard İnsurance" sığorta şirkəti barədə qanunu tədbir görəsiniz. Vətəndaşlardan isə xahiş edirəm diqqətli olun ki, belə cinayətkarlar pulunuzu mənimsəməsin, bu şirkətə inanmayın. Xatırladım ki, 11 noyabr 2011-ci il taixdə Skoda salonundan Skoda Fabiya markalı minik avtomobilini bibim Abdullayeva Nailə Xəlil qızının adına kreditlə alıdım .Avtomobilin öz qiyməti 18300 manat olsada kreditə, nömrəyə, texniki baxışa və 5 illik kaska sığortaya görə avtomobilə 27300 manat qiymət təyin edildi.Həmin avtomobili etibarnamə ilə özüm idarə edib sərnişin daşımaqla çörəyimi qazanırdım həmçinin vaxtlı-vaxtında avtomobilin kredit borcunu özüm ödəyirəm. 01.12.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Şəki Restoranının yaxınlığında avtomobil qəzası baş verdi ki, naməlum nömrəli avtomobil mənim maşınımı hərəkətdə olan zaman vurub hadisə yerindən qaçdı.Mən dərhal avtomobilimi qəza yerindən tərpətmədən 102 xidmətinə və "Standard İnsurance" Sığorta Şirkətinə zəng edib məlumat verdim.Onlar gəlib hadisə yerinə və avtomobilimə baxış keçirdib sənədləşdirdilər."Standard İnsurance" Sığorta Şirkətinin dediyi kimi Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsindən avto qəza barədə sənədi alıb söğorta şirkətinə təqdim etdim.
Bundan 10 gün sonra "Standard İnsurance" Sığorta Şirkəti mənə məktub yazıb göstərib ki, qəza zamanı sahibi Abdullayeva Nailə Xəlil qızı avtomobildə olmadığı və sığorta şəhadətnaməsində sizin adınız qeyd edilmədiyi üçün sizə sığorta pulu düşmür".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.