Tahir Xasıyev təhsil dükanı açıb

18-04-2015, 21:21           
Tahir Xasıyev təhsil dükanı açıb
Ağsuda Ağsu rayonu Təhsil Şöbəsinin müdiri Tahir Xasıyev qanun pozuntuları ilə fəaliyyət göstərir.

RTŞ müdiri hələ də rayon məktəblərinə yeni invertarların alınması adı altında küllü-miqdarda vəsaitlərin mənimsənilməsi ilə məşğuldur. Tia.az-ın xəbərinə görə, T.Xasıyev rayon məktəblərinə ayrılan dərsliklərin müxtəlif ticarət nöqtələrində satışa çıxarılmasında mahirdir. Onun bu idarəçiliyi nəticəsində son illər ərzində rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Tahir Xasıyevin orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol verdiyi də vurğulanır. Tahir Xasıyev Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu təqdim etmir ki, həmin yerlərə ixtisaslı müəllimlər göndərilsin. Digər məlumata əsasən Tahir Xasiyev həmçinin bir çox orta məktəblərə öz qohumlarını direktor təyin edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.