Prezident İlham Əliyev Ayaz Mütəllibovun müraciətinə reaksiya verdi

14-09-2018, 12:08           
Prezident İlham Əliyev Ayaz Mütəllibovun müraciətinə reaksiya verdi
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə A. Mütəllibovun yaşadığı binada foyenin satılması haqda müraciəti ilə bağlı tədbirlər görülüb.

Virtualaz.org-un məlumatına görə, müraciətin yoxlanılmasının nəticələrinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu Qurban Xəlilov küçəsi 5-də yerləşən "Tapet Oil Gas Co LTD"nin əmlakına həbs qoyulması üçün tədbirlər görülməsinə təşəbbüs edib.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlaka həbs qoyulması barədə məsələ məhkəmə qaydasında həll edilir.

Xatırladaq, virtualaz.org dünən Q.Xəlilov küçəsi 5-də yaşayan sabiq prezident A.Mütəllibovun, jurnalist Şahin Hacıyevin və başqa sakinlərin dövlət orqanlarının binanın foyesinə qanunsuz mülk kağızı vermələri barədə yazı dərc etmişdi.
Yazını bu linkdən oxuya bilərsiniz:
http://teref.az/manset/97111-ayaz-mutellibovun-foyesini-elinden-alirlar.htmlшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.