Azərbaycan bankları vətəndaşlardan asılıdır: - QAZANC YOLU

21-09-2018, 09:52           
Azərbaycan bankları vətəndaşlardan asılıdır: - QAZANC YOLU
Azərbaycan bankları getdikcə daha çox kreditlərdən asılı vəziyyətə düşür. Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına əsasən, cari ilin yanvar-avqust ayları ərzində bank sektorunda qeyri-faiz gəlirləri 347.8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azdır. Belə ki, banklar 2017-ci ilin yanvar-avqust dövründə 537.4 milyon manat qeyri-faiz gəliri əldə ediblər. Bankların gəliri, o cümlədən kreditlər üzrə faiz gəliri də azalır.

Banklar ötən ilin 8 ayında kreditlərdən 946.9 milyon manat faiz gəliri təmin etmişdilər. Cari ilin 8 ayında bu rəqəm 791.9 milyon manat təşkil edib. Ümumilikdə bankların kreditlərdən faiz gəlirləri 16,4 faiz azalıb. Qeyri-faiz gəlirləri bankın xidmətləri nəticəsində komisyon ödəmələrdən əldə olunan gəlirdir.

İqtisadçı-ekspert Könül Nuriyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, bankların əsas gəliri bir neçə mənbədən formalaşır:

“Bankların gəlirləri əsasən müştərilər tərəfindən yatırılmış əmanətlərdən, bir qismi səhmdarların özlərinin qoyduğu yatırımlardan, bir hissəsi isə verilən kreditlərdən ələdə olunan faiz gəlirlərindən formalaşır. Kreditlər isə qoyulmuş depozitlərdən verilir. Yəni, fiziki şəxs olaraq banka qoyulan əmanətin bir hissəsi saxlanılır, bir hissəsi isə kredit üçün istifadə olunur. Verilən kreditlərdən əldə olunan faizin bir hissəsi əmanətin üzərinə köçürülür. Bankın vəzifəsi kredit verməkdən ibarətdir”.

İqtisadçının müşahidələrinə görə, hazırda banklara qoyulan əmanətlərin həcmində artım var:

“Bunun əsas səbəbi əhalinin banklara olan inam və etimadının yenidən bərpa olunmasıdır. Əmanətlərin həcmi artdığına görə verilən kreditlərin də həcmi artıb. Məlumdur ki, kreditlər əmanətlərdən formalaşır. Təbii ki, bunun bankdaxili səbəblərdən də qaynaqlanması mümkündür. Əsaslı səbəbini Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlaya bilər. Amma bir qayda olaraq kreditlərin və faizlərin artımı qoyulan əmanətlərin həcminin artmasından xəbər verir. Həmin əmanətləri də dəyərləndirib kredit şəklində əhaliyə verilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.