Evini sökməyə gəldilər, üstünə benzin töküb özünü yandırdı - BAKIDA FACİƏ

8-10-2015, 01:13           
Evini sökməyə gəldilər, üstünə benzin töküb özünü yandırdı - BAKIDA FACİƏ
Bu gün Binəqədi rayonunda dəhşət yaşanıb. Belə ki, 27 yaşlı Məmmədov Ələkbər Zahid oğlu üstünə benzin tökərək özünü yandırıb.

Yaxınlarının Yenilik.Az-a verdikləri məlumata görə, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun əleyhinə qərar çıxarıb, bu gün isə Binəqədi rayon məhkəmə icraçıları məhkəmə qətnaməsinin icrası üçün gəliblər. İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı verin polisə aparsınlar. Mərhumun qohumu Kövsər xanım bildirir ki, “mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra özünə od vurdu”. Ə.Məmmədov bir qədər əvvəl dünyasını dəyişib. Allah rəhmət eləsin.

Hadisə barədə ANS-in “İç xəbər” proqramı da geniş reportaj hazırlayıb. Həmin videonu da sizə təqdim edirik.

Hadisə barədə məlumat bizə gec daxil olduğundan qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini öyrənib təqdim etməyə çalışacağıq.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.