"...."duxu” çatırsa, gedib otursun Şuşada – Qarabağı şəxsi mülkünə çevirsin!"

9-10-2015, 21:44           
"...."duxu” çatırsa, gedib otursun Şuşada – Qarabağı şəxsi mülkünə çevirsin!"
Milli Azadlıq Hərəkatının tanınmış liderlərindən olan, keçmiş siyasi məhbus Fərəməz Allahverdiyev Azinforum.az saytına Qaradağın icra başçısı Süleyman Mikayılov barədə qısa fikir bildirib.

Azinforum.az xəbər verir ki, o, "Süleyman Mikayılov Qaradağı şəxsi mülkünə çevirib!” başlıqlı yazıya belə reaksiya verib:

"Mən deyirəm ki, yaxşı tanıdığım bu adamın, "duxu” çatırsa, gedib otursun Şuşada – Qarabağı şəxsi mülkünə çevirsin! Bizim kənddəki qonşumuz Semanın (Süleyman Quliyev) oğlu Mürsəl müəllimin də əlinə özündən yekə səlahiyyət verib Lökbatanda oturtsan, o da oranı şəxsi mülkünə çevirə bilər. Oğul ona deyərəm ki, "Qaradağ”dakı "d” hərfini "b” hərfi ilə əvəz edib özəlləşdirsin. O zaman o adamın bütün neqativliklərini bağışlamaq olar – Semanın əziz ruhu haqqı…”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.