Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı

8-11-2018, 15:26           
Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı
Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən Mişi Miqirovun barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Quba rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin olunub.

Mişi Miriqovun barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə artırılıb.

İttihama görə, bu ilin aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov əmisi, 87 yaşlı Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Mişi Miqirov saxlanılıb.

Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yanında olub.

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Qeyd olunur ki, Mişi Miqirov hadisə zamanı sərxoş olub.

İstintaq orqanı tərəfindən Mişi Miqirovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Hazırda Quba rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir. (teleqraf.com)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.