Bakıda iki oğlan qızın planşetini əlindən aldılar

21-04-2015, 10:12           
Bakıda iki oğlan qızın planşetini əlindən aldılar
Bakının Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanılıb. Hadisə Azadlıq metrosunun yanında baş verib. Nefçala rayon sakini 22 yaşlı İsmət Abbasov və 20 yaşlı Röyal Mehdiyev, Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Saxlanılan şəxslər istintaqa ifadəslərində törətdikləri əməli etiraf ediblər.

Belə ki, pula ehtiyacları olduğu üçün bu yola əl atdıqlarını deyən İsmət Abbasov zərərçəkmişi 155 saylı maaşrut avtobusunda müəyyənləşdirdiklərini deyir. Zərərçəkmiş Türkan Məmmədova Azadlıq metro stansiyasının yaxınlığında marşrutdan düşüb. Dostlar da onun arxası ilə gediblər. Qız ara küçəyə girəndə dostlar öz əməllərini həyata keçiriblər.

Onlar polisə verdikləri ifadələrində təqsiri bir-birilərinin üstünə atıblar.

Polis qarət olunan planşeti maddi sübut kimi götürüb. Faktla bağlı Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində saxlanılan hər iki şəxs barəsində cinayət məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.